Vasif Talibovun "qurbanları" azadlığa buraxılıb – Aralarında İsa Həbibbəylinin oğlu da var

Vasif Talibovun Naxçıvanda yüz milyonlarca manat yeyintidə ittiham olunaraq həbs edilən yüksək vəzifəli şəxslər azadlığa çıxıb.
Həbsdən buraxılanlar arasında Muxtar Respublikanın sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli (S.Həbibbəyli ev dustaqlığında idi-red.), bu qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərov, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var.
Adları çəkilən şəxslər 2022-ci ilin noyabrında həbs olunarkən, həmin vəzifələrdə çalışırdılar. Onların həbsindən sonra vəzifələrindən də azad edilmələri barədə sərəncam və əmrlər imzalanıb.
Külli miqdarda mənimsəmədə ittiham edilən bu məmurlarla bağlı cinayət işinin istintaqı DTX-də aparılır, özləri də həmin qurumun istintaq təcridxanasında saxlanılırdı.
"Səbail Rayon Məhkəməsinin qərarı ilə onların haqqında, ilkin olaraq, 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Sonradan həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə məhkəmə qərarıyla artırıldı. Sonuncu dəfə artırılmış həbs müddəti başa çatanda isə daha uzatma üçün məhkəməyə təqdimat verilməyib. Onlar həbsdən buraxılıblar", – mənbə bildirilib.
Mənbənin sözlərinə görə, sabiq məmurlar azadlığa çıxsalar da, cinayət işinə xitam verilməyib. Onlar yenə də təqsirləndirilən şəxs statusunda qalırlar. Keçmiş məmurlardan birinin vəkili də bu məlumatı təsdiqləyib.
Vasif Talibovun Rəfael Əliyev Maliyyə naziri təyin olunmazdan öncə Naxçıvan MR-in Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 2020-ci ilin avqustunda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamıyla Maliyyə naziri təyin edilib. R.Əliyev nazir vəzifəsinə gedəndən sonra Gömrük Komitəsində onun əvvəlki postuna Mansur Əsgərov təyin olunub.
Naxçıvan MR Gömrük Komitəsinin keçmiş sədri, general-mayor S.Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.
Vasif Talibovun Naxçıvanda həbs olunan məmurlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və başqa maddələrilə ittiham verilmişdi. Məsələn, sabiq nazir R.Əliyev 144 milyon manatlıq mənimsəmədə suçlanırdı. Keçmiş komitə sədri H.Rüstəmova 212 milyon, S.Həbibbəyli və M.Əsgərova 132 milyon manatlıq mənimsəmə ilə bağlı ittiham verilmişdi.
Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədikləri bildirilir.
Naxçıvan MR-də həbs olunan məmurlar arasında Penitensiar Xidmətin rəisi, general-mayor Tofiq Həsənov da vardı. O, hələ də həbsdədir və hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edir. 2016-cı ilin sentyabrında Penitensiar Xidmətin rəisi təyin edilən T.Həsənov, eyni zamanda, Naxçıvan MR Ədliyyə nazirinin müavini idi. O, külli miqdarda mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanır.
Həbsdən buraxılan Naxçıvan məmurlarının "qurban" olduqları ilk günlərdən şübhə doğurmurdu. Hamıya aydın idi ki, sözügedən şəxslərin yüz milyonlarla dövlət vəsaitini mənimsəməkləri mümkün deyildi. Bu dövlət talanının başında Talıbovlar ailəsi dururdu və həbs olunan məmurlar da çox böyük ehtimalla, istintaqa bunu bildirmişdilər. Yəni onlar Talıbovların "qurbanları" idi. 
Görünür, talanan dövlət vəsaiti əsl talayan tərəfindən dövlətə geri qaytarıldığından, formal hüquqi məsuliyyət daşıyanları həbsdə saxlamağın mənası qalmayıb…
Rasim ƏLİYEV
"AzPolitika.info" / konkret.az

Siyasi       Tarix: 15 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar en son xeberler cəbhədən xəbərlər cəbhədən son görüntülər