Vaşinqton-Tehran xətti qırılır: İranın uranı, İsrailin təhdidi, Trampın planı

Vaşinqton-Tehran xətti qırılır: İranın uranı, İsrailin təhdidi, Trampın planıBeynəlxalq Atom Enerjisi Agentliyi mayın 17-də İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatını 408,6 kiloqrama çatdırdığını açıqlayıb. Halbuki fevralda İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatı 274,8 kiloqram idi. Bu, İslam Respublikasının son aylarda uran saflaşdırma proqramının sürətlə irəlilədiyini göstərir. Yeri gəlmişkən, MAQATE bildirir ki, hazırda İran nüvə silahına sahib olmayan ölkələr arasında bu həcmdə uran zənginləşdirən yeganə ölkədir.
KONKRET.azMusavat.com-a istinadən xəbər verir ki, bu arada məlum olub ki, sonuncu ABŞ–İran danışıqları heç də ümidverici olmayıb. Çünki sonuncu danışıqlardan sonra verilən açıqlamalar və mediaya çıxan çıxışlar pozitiv yüklü deyil.
Vaşinqton-Tehran xətti qırılır: İranın uranı, İsrailin təhdidi, Trampın planıQeyd edək ki, ötən həftə sonu Oman xarici işlər naziri Bədr əl-Busaidi Tehrana gedərək ABŞ prezidentinin nüvə razılaşması təkliflərini İran hökumətinə çatdırıb.
Ötən gün Misirdə səfərdə olan İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, rəsmi Tehran ABŞ prezidentinin nüvə anlaşması təklifinə yaxın zamanda uyğun cavabı verəcək. Eyni zamanda Əraqçi bildirib ki, İranın uran zənginləşdirmə hüququna hörmət edilmədiyi halda hər hansı nüvə razılaşmasından söhbət gedə bilməz. Oxşar açıqlamanı bu gün hökumət sözçüsü Fatimə Mohacerani də verib. Sözçü bildirib ki, İran təməl haqlarından geri addım atmayacaq.

Trampın İrana hansı təklifi verdiyi rəsmi olaraq açıqlanmasa da, "Axios" saytı eksklüziv yazısında Donald Tramp administrasiyasının İranın öz ərazisində məhdud həcmdə – 3 faiz ətrafında – uranı zənginləşdirməsinə icazə verilə biləcəyini təklif etdiyini yazıb. Ancaq bu mərhələdə İran uran zənginləşdirmə fəaliyyətini dayandırmalıdır.
"Axios"un yazısından az sonra prezident Tramp vurğulayıb ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir. ABŞ prezidenti qeyd edib ki, mümkün razılaşma çərçivəsində İranın uranı zənginləşdirməsinə icazə verməyəcəklər.
Vaşinqton-Tehran xətti qırılır: İranın uranı, İsrailin təhdidi, Trampın planıHələlik ortada rəsmi açıqlama olmasa da, hər iki tərəfdən verilən bəyanatlardan belə aydın olur ki, Trampın İrana təklifinin məzmunu 2015-ci il nüvə sazişinə yaxındır. İran minimum həcmdə, yəni yalnız elektrik enerjisi istehsalı və sənayedə istifadə olunmaq üçün kifayət edəcək həddə – 2015 sazişindəki 3,67 faiz – uran zənginləşdirmək hüququna malik olur, yüksək həcmdə zənginləşdirilmiş uran ölkədən çıxarılıb müvafiq ölkələrdən birinə və ya MAQATE-yə göndərilir. O cümlədən, İranın özündə uran zənginləşdirmə mərkəzləri beynəlxalq müfəttişlərin ciddi nəzarəti altında fəaliyyət göstərir. Yüksək zənginləşdirmə sentrafuqları ölkədən çıxarılır və istehsalı dayandırılır.
Bunun qarşılığında isə İrana qarşı sanksiyalar götürülür, neft və qaz satışı bazarına geri dönür. Bu təklif ABŞ-ın maraqlarına cavab verir. Yəni Tehranın nüvə silahı əldə etmə riski aradan qalxır, bunun əvəzində bölgədə gərginlik yumşalacaq və güman ki, aralıq çərçivədə regionda müəyyən balanslı siyasətin konturları müəyyən olunacaq.
Vaşinqton-Tehran xətti qırılır: İranın uranı, İsrailin təhdidi, Trampın planıLakin əlbəttə, bu proses və xüsusən də texniki detalların razılaşdırılması zaman tələb edəcək. Ancaq bunun əksi, yəni danışıqların dayanması daha əvvəl olmadığı qədər riskli vəziyyət yarada bilər. Buna ABŞ prezidenti son açıqlamasında da toxunub. Trampın sözlərindən belə məlum olub ki, İranın nüvə sahəsində hazırkı vəziyyətə gəlməsi ondan əvvəlki administrasiyanın günahıdır.
Vaşinqton-Tehran xətti qırılır: İranın uranı, İsrailin təhdidi, Trampın planıMəsələ ondadır ki, ABŞ–İran danışıqlarının dayanması riskli vəziyyət yaradır. Hər kəs anlayır ki, hazırda rəsmi olaraq 400 kiloqramdan çox 60 faizdən artıq zənginləşdirilmiş uran ehtiyatına malik İran nüvə silahı əldə etməyə çox yaxındır. Çünki ənənəvi nüvə silahları 90 faiz həcmində zənginləşdirilmiş urandan əldə olunduğu halda, İsrail, Şimali Koreya və Hindistan kimi ölkələr daha aşağı dərəcədə zənginləşdirilmiş uranla silah əldə etməyə nail olub. Bu da İranın nüvə silahı əldə etmə ehtimalını daha da yaxın edir. Bu mənada İranın nüvə məsələsi ilə bağlı çox geniş seçim imkanları yoxdur. Sadəcə, Qərb ölkələrini müəyyən mənada rahatladan İranın dini liderinin daxildəki təzyiqlərə rəğmən nüvə silahı ilə bağlı "haram" fətvasının üzərində dayanmasıdır.
Vaşinqton-Tehran xətti qırılır: İranın uranı, İsrailin təhdidi, Trampın planıHazırda ABŞ və İran üçün danışıqların alternativi yoxdur. Çünki danışıqlar prosesinin dayanması İsrailin İrana zərbə endirməsi üçün əsas yaradır və bu həm də ABŞ-ın arzulamadığı bir münaqişəyə daxil olması deməkdir. Bu mənada indi nüvə danışıqlarının həm Vaşinqton, həm də Tehran üçün daha sərfəli alternativi yoxdur.

Siyasi       Tarix: 03 iyun 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugun xeberler sonxəbərlər şou biznes xəbərləri