Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında "Xocalıya ədalət" tələb edildi - FOTO
Vaşinqtonda Ermənistan səfirliyinin qarşısında "Xocalıya ədalət" tələb edildi - FOTO
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində "Xocalıya ədalət" (Justice for Khojaly) mitinqi keçirilib.
"Report" xəbər verir ki, Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar toplaşan soydaşlarımız faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsini tələb ediblər.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Birləşmiş Ştatların bir çox şəhərlərində yaşayan diaspor fəalları və türk icmasının aktivləri iştirak ediblər.
Əllərində Azərbaycan bayraqları tutan nümayişçilər ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında tarixi faktlar səsləndirib, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən mülki insanların fotolarını nümayiş etdiriblər.
Həmyerlilərimiz Xocalı soyqırımını törədənlərin dünya ictimaiyyəti tərəfindən tanınmasını və cinayətkarların beynəlxalq məhkəmə qarşısında cavab verməsini tələb ediblər, ABŞ ictimaiyyətinin Xocalı soyqırımı haqqında məlumatlanması üçün yerli medianın diqqətini çəkməyə çalışıblar.
Aksiyada ABŞ-da yaşayan aktiv diasporun üzvləri Elman Kərimov, Fərhad Anaroğlu, Zaur Bayramlı, Bədir Məmmədli çıxış edib, ermənilərin Xocalıda törətdiyi cinayətə dair tarixi faktlar səsləndiriblər.
Aksiyada ermənilər təxribat törətməyə çalışsalar da həmvətənlərimiz onlara məhəl qoymayıb. Aksiyanın sonunda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il Xocalı soyqırımı ilə bağlı Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirir.







Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub