Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Vaşinqtonda miqrantların çoxluğu ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Vaşinqton meri Myuriel Bauzer deyib.
O bildirib ki, miqrantları şəhərə Ağ Evin diqqətini cəlb etmək üçün Meksika ilə həmsərhəd olan Texas və Arizona ştatlarının qubernatorları göndərir.
KİV-in məlumatına görə, Vaşinqtona 9400-ə yaxın miqrant gəlib. Problemi həll etmək üçün şəhərdə Miqrantlarla İş üzrə İdarə yaradılacaq. Yeni idarənin yaradılması üçün 10 milyon dollar ayrılacaq və Vaşinqton bu məbləğə görə federal hakimiyyətdən təzminat tələb edəcək.
Fövqəladə vəziyyətin nə qədər davam edəcəyi açıqlanmır.
Qeyd edək ki, iyun ayında Texasda 46 miqrant yük maşınının içərisində ölü tapılıb. Texas ştatının qubernatoru Qreq Abbott buna səbəb prezident Co Baydenin miqrasiya siyasətinin olduğunu iddia edib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı