Vəkil Adəm Məmmədovun "Oğurlanmış adam" kitabının təqdimatı keçirildi - FOTO

Mayın 27-də Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun "Oğurlanmış adam" adlı kitabının təqdimat mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov, Şahmar Məmmədov, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Akif Təvəkküloğlu, vəkillər, hüquqşünaslar, media və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Adəm Məmmədov qonaqları salamlayaraq kitab haqda qonaqlara məlumat verib. Müəllif bildirib ki, sözügedən kitab dedektiv janrında yazılıb: "Bu kitablarda ciddilik xüsusi önəm daşıyır. Çünki söhbət insan taleyindən gedir. Oxucuların yorulmaması üçün müəyyən məqamlarda yumora da üstünlük verməyə çalışdım".
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov müəllifin yaradıcılığından söz açıb: "Bu gün Vəkillər Kollegiyası üçün çox önəmli bir gündür. Çünki bu gün biz həmkarımız Adəm Məmmədovun kitabının təqdimat mərasiminə yığışmışıq. Kollegiya olaraq biz həmişə öz üzvlərimizin uğurları ilə fəxr edir, onların uğurunu öz uğurumuz hesab edirik. Vəkillər Kollegiyası cəmiyyətin bütün üzvlərinə yaxın olmaq istəyir. Təsadüfi deyil ki, bu gün bizim sıralarımızda bir sıra istedadlı hüquqşünaslar var. Adəm Məmmədov da vəkil kimi ölkədə kifayət qədər tanınmış hüquqşünasdır. Ancaq bununla yanaşı, onun ictimai fəaliyyəti də hamıya bəllidir. O, uzun illər ərzində respublikanın aparıcı televiziya kanallarında maraqlı verilişlərin aparıcısı olub. Onun aparıcılıq etdiyi verilişlərdə hüquqi maarfiləndirmə əsas istiqamət olub".
Sədr bildirib ki, vəkillərin əsas vəzifələrindən biri də insanların hüquqi maariflənməsinə dəstək olmaqdır: "Həmkarım Adəm Məmmədovun da əsas fəaliyyəti ölkəmizdə vəkillik institutunun daha da güclənməsinə, bu peşənin daha da tanınmasına köklənib. Yazıçı olmaq, peşə fəaliyyətini bu formada ifadə etmək hər kəsə qismət olmur. Bu, xüsusi istedad tələb edir. Yazıçının geniş ürəyi olmalıdır. Adəm Məmmədovun yaradıcılığında əsas məqam yazıçılıqla vəkilliyin sintezinin olmasıdır. Müəllifə yeni yaradıcılıq uğurları arzulayıram".
Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov da kitab haqqında öz fikirlərini bölüşüb: "Adəm Məmmədovun istedadına, peşəkarlığına yaxından bələdəm. Vəkillər Kollegiyasında onun kimi şəxslərin çox olması bizim inkişafımıza dəstək olur. O, həm hüquqşünas, həm yazıçı olaraq öz işini peşəkarlıqla icra edir. Mən də öz növbəmdə Adəmə həm yazıçı, həm vəkil olaraq yeni uğurlar arzu edirəm".
Daha sonra tədbirdə çıxış edən Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru və Kollegiyanın sədr müavini Şahmar Məmmədov, vəkillərin uğurlarının onları sevindirdiyini qeyd edib: "Bu gün biz vəkillərimizin həm idman yarışlarında, həm yaradıcı sahələrdə bir sıra uğurlarına şahidlik edirik. Uğur qazanmaq müəyyən məsafə qət etməyi tələb edir. Adəm Məmmədov həm vəkil, həm jurnalist, həm də yazıçı olaraq artıq bu yolu müəyyən mənada qət edib. Təbii ki, hər şeyi öz zəhməti hesabına əldə edib. Həmkarımın sevincinə şərik olur, onun növbəti təqdimat mərasimlərinin işğaldan azad olunmuş torpaqlara qeyd etməyi arzulayıram".
Tədbirdə çıxış edən digər qonaqlar da müəllifin yeni əsərini yüksək qiymətləndiriblər.
Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına  hədiyyə edilib.
Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun Vəkil Adəm Məmmədovun

Sosial       Tarix: 28 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər valyuta mezennesi 2026 en sonxeber xeber saytlari