Vəliəhd şahzadə ABŞ-ı sanksiyalarla HƏDƏLƏDİ
Vaşinqtonun Səudiyyə Ərəbistanına neft hasilatı ilə bağlı təzyiq etmək cəhdinə cavab olaraq krallığın vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman əl-Səud ABŞ-ı münasibətlərin pozulması və dəhşətli iqtisadi nəticələrlə hədələyib.
KONKRET.az xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ-ın sızmış məxfi sənədlərinə istinadən yazıb.
Nəşr xatırladıb ki, 2022-ci ilin payızında Səudiyyə Ərəbistanı ABŞ-da yanacaq qiymətlərinin yüksək olmasına baxmayaraq, digər OPEC+ ölkələri ilə birlikdə neft hasilatını azaltmaq qərarına gəlib. Buna görə ABŞ Prezidenti Co Bayden Ər-Riyada qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib.
Bununla belə, vəliəhd şahzadə şəxsi söhbətində bildirib ki, Vaşinqton bu addımı atsa, ABŞ-la münasibətləri kəsəcək və ölkəyə əhəmiyyətli iqtisadi çətinliklər yaradacaq.
Qəzetin jurnalisti Con Hutson qeyd edib ki, Baydenin vədlərinə baxmayaraq, Səudiyyə Ərəbistanına qarşı heç bir sanksiya tətbiq edilməyib.
Krallığın rəhbərliyi də öz növbəsində ABŞ administrasiyası ilə görüşlərini davam etdirir.
Eyni zamanda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsi bildirib ki, Səudiyyə Ərəbistanından hər hansı təhdid eşitməyib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi