Vendi Morton: "Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəyəm" - VİDEO
Vendi Morton: "Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəyəm" - VİDEO
"Birləşmiş Krallıq ilə Azərbaycan xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələr mövcuddur".
Bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton mətbuata açıqlamasında deyib.
"Azərbaycanın zəngin mədəni irsini burada Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbində şəxsən görməkdən məmnunam. Bir az əvvəl qadınları və qızları məişət zorakılığından qorumaq üçün əhəmiyyətli işlər görən qadın sığınacağına səfər etdim. Bundan əlavə, gender bərabərliyini təşviq etmək üçün mühüm işlər görən azərbaycanlı qadın liderlərlə də görüşmək imkanım oldu. Dövlət naziri kimi, bu sahədə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəyəm", - deyə o bildirib.
V.Morton vurğulayıb ki, güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynaya bilər:
"Qadınlar danışıqlar masasında olduğu hallarda, sülh razılaşmasının həyata keçirilməsi və davamlı olması ehtimalı daha yüksəkdir. Silahlı qarşıdurma hər zaman qadınlar və qızlar üzərində mütənasib təsir göstərir və bu səbəbdən də Azərbaycan hökumətinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planını qəbul etməsi xüsusi əhəmiyyət daşıyır. Birləşmiş Krallıq qadın və qızların hüquqlarını və gender bərabərliyini təşviq edən qabaqcıl ölkələrdən biridir və biz xüsusilə Azərbaycanı qadınları məişət zorakılığından qoruyacaq İstanbul Konvensiyasını imzalamağa təşviq edirik".
/oxu.az
f Paylaş
Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına