Venesuelada QH Gənclərinin 1-ci Regional Forumu başlayıb – FOTOLAR

Venesuelada QH Gənclərinin 1-ci Regional Forumu başlayıb – FOTOLARVenesuelanın paytaxtı Karakas şəhərində Latin Amerikası və Karib hövzəsindən olan Qoşulmama Hərəkatı (QH) Gənclərinin 1-ci Regional Forumu başlayıb.
azxeber.com xəbər verir ki, Venesuela Bolivar Respublikasının Gənclər və İdman üzrə Xalq Hakimiyyəti Nazirliyi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Venesuela üzrə Milli Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən Forum, Hərəkata üzv dövlətlərin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəkdir.
Qarşıdan gələn 12 Avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş Forumun ilk günü açılış mərasimi ilə başlayıb. Venesuela Bolivar Respublikasının gənclər və idman üzrə xalq hakimiyyəti naziri cənab Mervin Maldonadonun salamlama nitqi ilə başlayan açılış mərasimi Venesuelanın xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri cənab İvan Gil-Pintonun nitqi ilə davam edib.
Hər iki nazir gənc iştirakçıları salamlayaraq gənclərin beynəlxalq arenada təmsil olunmasının vacibliyini vurğulayıb və gəncləri Qoşulmama Hərəkatı, onun prinsipləri və dəyərləri haqqında məlumat almaq üçün Forumda fəal iştirak etməyə çağırıb.
Həmçinin, nazirlər QHGT-nin Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərini bir araya gətirən effektiv platforma kimi fəaliyyətini yüksək qiymətləndirərək Təşkilatın işinə və regiondakı fəaliyyətinə uğurlar arzu edib.
Daha sonra, QHGT-nin sədri Orduxan Qəhrəmanzadə QHGT-nin yaranma tarixindən bəhs edərək Təşkilatın 43 Milli Bölməsinin aktiv fəaliyyət göstərdiyini qeyd edib. O, Təşkilatın regiondakı fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq Forum müddətində bütün gənc iştirakçılara uğurlar diləyib.
Forumun ilk günü "Yeni qlobal dövrdə gənclər siyasəti sahəsində irəliləyişlər və çətinliklər" mövzusunda QH Modeli Simulyasiyası ilə davam edib. Qoşulmama Hərəkatının nazirlər iclasını canlandıran simulyasiyada gənclər müxtəlif Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirləri rolunda çıxış edərək qlobal problemlərə həll yolları təklif ediblər. Simulyasiya iştirakçılara natiqlik və debat bacarıqlarını inkişaf etdirmək və təmsil etdikləri ölkələrin perspektivlərindən mövzuya unikal baxış əldə etmək üçün imkan yaradıb.
QH Gənclərinin 1-ci Regional Forumunun ilk günü QH Modeli Simulyasiyasının bağlanış mərasimi ilə yekunlaşıb. QHGT-nin sədri O. Qəhrəmanzadə Foruma göstərdikləri dəstəyə görə ölkə rəhbərliyinə, təşkilati heyətə və QH Modeli Simulyasiyasında aktiv iştirak etdikləri üçün gənc iştirakçılara təşəkkür edib. O, bu əlamətdar tədbirin uğurlu təşkilinə görə QHGT-nin Venesuela üzrə Milli Bölməsini təbrik edib.
Üç gün davam edəcək Regional Forum çərçivəsində Qoşulmama Hərəkatı və onun prinsipləri barədə panel müzakirələri və təlim sessiyaları da daxil olmaqla, geniş spektrli fəaliyyətlər keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il 29 iyul tarixində Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hazırda QH gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.
Venesuelada QH Gənclərinin 1-ci Regional Forumu başlayıb – FOTOLARVenesuelada QH Gənclərinin 1-ci Regional Forumu başlayıb – FOTOLARVenesuelada QH Gənclərinin 1-ci Regional Forumu başlayıb – FOTOLARVenesuelada QH Gənclərinin 1-ci Regional Forumu başlayıb – FOTOLARVenesuelada QH Gənclərinin 1-ci Regional Forumu başlayıb – FOTOLARVenesuelada QH Gənclərinin 1-ci Regional Forumu başlayıb – FOTOLARVenesuelada QH Gənclərinin 1-ci Regional Forumu başlayıb – FOTOLAR

Sosial       Tarix: 12 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


yeni xeberler son xeberler azerbaycan xeberleri meherremlik 2026 son xabarlar cəbhədən son dəqiqə maşın realiti şou