Vergi borcu olanların nəzərinə: bu məhdudiyyət aradan qaldırıldı
"Vergi borcu olanlar da hesab aça biləcəklər".
azxeber.com xəbər verir ki, bu haqda Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
O, qeyd edib ki, bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər: "Belə ki, borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı. "Vergi Məcəlləsinə" edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib."
Deputat bildirib ki, bu məhdudiyyətinin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır: "Çünki, bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər".
"Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır", - deyə Vüqar Bayramov əlavə edib.
Aydın Nuri

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu