Vətən müharibəsi iştirakçısı dənizdə boğularaq öldü - FOTO
Lənkəranda Vətən müharibəsi iştirakçısı dənizdə boğularaq ölüb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində, dənizin nəzarətsiz hissəsində bir nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub.
Nazirliyin Cənub Regional Mərkəzinin sularda xilasetmə dəstəsi əraziyə cəlb olunub.
Məlum olub ki, boğulma ehtimalı olan gənc Vətən müharibəsi qazisi Lənkəran rayonunun Cil kənd sakini, 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadədir.
Görülən tədbirlər nəticəsində F.Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb.
Təcili Tibbi Yardım briqadası ona ilkin tibbi yardım göstərsə də, F.Yaqubzadənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
20:21
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Lənkəran şəhərində dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Cənub" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Xidmetler [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?