Vətən müharibəsində itkin düşən Cəlal Bayramovun qardaşı: "İki aydır qardaşımdan xəbər yoxdur" - FOTO
Vətən müharibəsində itkin düşən Cəlal Bayramovun qardaşı: "İki aydır qardaşımdan xəbər yoxdur" - FOTO
Vətən müharibəsində itkin düşən 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramovdan iki aydan artıqdır ki xəbər yoxdur.
Bu barədə Oxu.Az-a əsgərin qardaşı Cavad Bayramov məlumat verib.
O bildirib ki, qardaşı könüllü olaraq Vətən müharibəsinə yollanıb:
"Qardaşım 1994-cü ildə Saatlı rayonunun Çoplu kəndində anadan olub. Müharibənin ilk günlərindən ön cəbhədə olub. Cəlal sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Təlimlər əvvəlcə Gəncə şəhərində keçirilib, daha sonra mənə verdiyi məlumata görə, onları müvafiq qruplara bölüblər. Həmin qrup halında ön cəbhəyə yollanıblar. Cəlal müharibə zamanı xidmətini Laçında davam etdirib".
Cavad Bayramov qardaşı ilə sonuncu dəfə oktyabrın 27-də danışdığını deyir:
"Sonuncu dəfə Cəlalla oktyabrın 27-də danışdıq. Öz telefonu yox idi, komandirinin telefonundan əlaqə saxlamışdı. Sağ olsun, xəbər etdi ki, sağ-salamatdı. Soruşanda Laçının Arpagədik kəndində olduğunu öyrəndim. Ondan sonra heç bir xəbər ala bilməmişik. Artıq iki aydan çoxdur Cəlaldan xəbər yoxdur. Heç bir döyüş yoldaşı da heç nə bilmir.
Sonuncu dəfə noyabrın 3-ə qədər əsgərlərdən görənlərin olduğunu eşitdim. Hərbi hissədən deyilənə görə, kimsə yaralı görüb, kimsə yerdə uzalı görüb. Amma hərbi hissədən Cəlalın əsir düşmə ehtimalının olduğunu da deyirlər. Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmişik. Bizə bildiriblər ki, axtarışlar davam edir".
"Anam Cəlalın yoxluğuna dözə bilmir. Nə yemək yeyir, nə su içir. Atamla mən bilmirik qardaşımı axtaraq, yoxsa anama təsəlli verək. Oğlunun dərdindən yataq xəstəsi olub", - deyə C.Bayramov əlavə edib.
Qeyd edək ki, Müdafiə Nazirliyi hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlayıb.



Könül Cəfərli
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız