Vətən Müharibəsindən sonra regionların sosial-iqtisadi inkişaf perspektivləri - ŞƏRH

Vətən Müharibəsindən sonra regionların sosial-iqtisadi inkişaf perspektivləri - ŞƏRHAzərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra regionlarımızın sosial-iqtisadi inkişafı göz önündədir.
Əgər müstəqilliyimizin ilk illərində torpaqlarımızın 20 faizinin erməni işğalına məruz qalması nəticəsində bu proses müəyyən çətinliklərlə müşayiət olunurdusa, irimiqyaslı neft və qaz layihələrindən əldə olunmuş gəlirlər sayəsində regionlarımızın simasının dəyişdirilməsi 10-15 illik vaxt aldı.
2004-cü ildən etibarən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırıldı, biznes və investisiya mühiti yaxşılaşdırıldı, əhalinin rifah halı yüksəldildi. Ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən strategiya həyata keçirildi.
Vətən Müharibəsindən sonra regionların sosial-iqtisadi inkişaf perspektivləri - ŞƏRHBu proqram çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, həmçinin Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradıldı, Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr reallaşdırıldı. "Aqrolizinq" ASC-nin yaradılması meliorativ tədbirlərin, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltdi. Ötən dövrdə iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar, logistik mərkəzlər yaradıldı, kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirildi. Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması naminə bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirildi, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırıldı.
Son illərdə regionlarda 2980 məktəbdə, 360 məktəbəqədər təhsil müəssisəsində və 477 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, regionlarda 34 olimpiya idman kompleksi, 34 gənclər evi inşa olunub.
Prezident İlham Əliyevin "Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunub. Aqroparklar yaradılıb və orada məhsuldarlıq daha yüksəkdir" fikri də bunu təsdiqləyir.
Vətən Müharibəsindən sonra regionların sosial-iqtisadi inkişaf perspektivləri - ŞƏRHBu siyasət 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına da güclü zəmin yaratdı. 
Qarabağ zəfərindən sonra Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanına əsasən hazırda ölkəmizdə 14 iqtisadi rayon fəaliyyət göstərir. Onların arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mövcudluğu çox qürurverici məqamdır.
Erməni faşizmi nəticəsində dağıdılmış ərazilərimizin dirçəldilməsi naminə hazırda bu iki iqtisadi rayonda irimiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilməkdədir. Artıq 8 şəhər və 92 kəndin Baş planı təsdiqlənib. Bu şəhərlərin və 30 kəndin təməli qoyulub. Minalardan təmizlənmiş ərazilərdə infrastruktur yenidən qurulmaqdadır. 2023-cü ilədək aparılan bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Bu il üçün minimum büdcənin 2,4 milyard ABŞ dolları olacağı planlaşdırılıb. Hidroelektrik enerjinin həcminin 2024-cü ilin sonuna qədər 270 meqavata çatdırılması göslənilir.
Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndlərinə, Laçın və Füzuli şəhərlərinə yerli əhalinin köçürülməsi bölgədə həyatı canlandırıb. Bu il Şuşaya, Xankəndinə və Xocalıya yerli əhalinin köçürülməsinin gözlənilməsi Qarabağ iqtisadi rayonunda həyatın daha da canlanmasına gətirib çıxaracaq.
Qarabağın "Hava qapısı" adlandırılan və çox qısa müddətdə istifadəyə verilən Fizuli Beynəlxalq Hava Limanının bölgə üçün böyük əhəmiyyət kəsb etdyinə təkcə xalqımız deyil, həm də xarici qonaqlar şahiddir. Bu hava limanında artıq Türkiyə, Özbəkistan və Qazaxıstan dövlət başçıları və bir sıra xarici qonaqlar qarşılanaraq,  Şuşaya, Cəbrayıla, Xocavəndə, Laçına, Qubadlı və Zəngilana səfər ediblər. Əlbəttə, Laçın və Zəngilandakı hava limanlarının istifadəyə verilməsi ölkəmizin logistika məsələlərinin həllinə, turizm potensialının artmasına töhfə verəcək. Görülən işlərin nəticəsində artıq Şuşa, Ağdam və Zəngilan beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb.
Qeyd edək ki, yaşayış məskənlərinin infrastrukturlarının qurulması fonunda Azərbaycan Prezidentinin minalardan təmizlənmiş torpaqların əkilməsi ilə bağlı verdiyi göstəriş müdrik qərardır. Gözəl təbiət, çaylar və göllərlə zəngin münbit torpaqları, təbii sərvəti ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə və yaşıl enerji ixracına töhvə verəcəyi şübhəsizdir.
Həmin gün uzaqda deyil.
Xatirə SADİQ,
KONKRET.az
Vətən Müharibəsindən sonra regionların sosial-iqtisadi inkişaf perspektivləri - ŞƏRHP.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Sosial       Tarix: 11 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub. Qeyd edək ki, ötən gü

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

 Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA

Dünya bazarında qızılın qiymətinin oktyabr ayında 7,3 faizdən çox ucuzlaşması son 18 ilin ən kəskin aylıq enişlərindən biri kimi diqqət çəkib. Qiymətlərdəki bu dəyişiklik Azərbaycanda da qızıl bazarının gələcəyi ilə bağl

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevi


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi kriminal bugun apa.az xeberler ən son xəbərlər