Hikmət Hacıyev İranla münasibətlərdən danışdı
"Hazırda Azərbaycan–İran münasibətləri normal və stabil səviyyədədir".
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.
Prezidentin köməkçisi Tehrandakı səfirliyə silahlı hücumla bağlı yaranan diplomatik böhranın artıq həll edildiyini qeyd edib. Onun sözlərinə görə, hücum edən şəxs İran qanunlarına uyğun şəkildə məsuliyyətə cəlb edilib və Azərbaycan o səhifəni tamamilə bağlayıb.
Hikmət Hacıyev həmçinin Prezident İlham Əliyev ilə İran Prezidenti Məsud Pezşkian arasında yaxşı münasibətlərin olduğunu vurğulayıb.
O, Bakı–Tehran əlaqələrində yeni nəqliyyat layihələri də gündəmdə olduğunu vurğulayıb:
"Azərbaycan–İran sərhədində, Araz çayı üzərindən inşa edilən Ağbənd–Kəlalə yolu və körpüsü 2025-ci ilin sonuna qədər struktur baxımından tamamlanacaq. Gömrük və sərhəd infrastrukturu 2026-cı ilin əvvəllərində qurulması planlaşdırılır. Biz İranı qonşu, strateji tərəfdaş kimi görürük və iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirməyə ümid edirik".
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib