Vətəndaş 15 kub/metr su işlədibsə, yarısı köhnə, yarısı yeni tariflə hesablanacaq - RƏSMİ
Vətəndaş 15 kub/metr su işlədibsə, yarısı köhnə, yarısı yeni tariflə hesablanacaq - RƏSMİ
"Mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün "Azərsu" ASC-nin İnformasiya Kommunikasiya Texnologiyaları Departamenti tərəfindən xüsusi proqram təminatı hazırlanır".
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, hazırlanan proqram üzərində yekun işlər gedir:
"Heç bir insan amili olmadan abonentlərin sayğac göstərişləri qeydə alınacaq. Həmin proqram təminatı sayəsində abonentlər ilk və son oxunmanın göstəricilərini görəcəklər. Məsələn, yanvarın 15-də sayğacı oxunan abonentin fevralın 15-də yenidən sayağac göstəricilərinə baxıldıqda proqram avtomatik orta günlük su sərfiyyatını (yəni 30-31 günlük) hesablayacaq.
Tutaq ki, vətəndaş 30 gün su işlədibsə, onun 15 kub/metr su sərfiyyatı köhnə tariflə (50 qəpik), 15 kub isə yeni tariflərlə (1 manat) hesablanacaq. Hər hansı qaranlıq məqam olarsa, biz vətəndaşların bütün suallarına açığıq. Vətəndaş üçün qaranlıq qalan məqamlar onların xeyrinə həll olunacaqdır, lakin biz belə bir məqamın müşahidə ediləcəyini düşünmürük. Abonentlərin hüquqlarının pozulması ola bilməz".
Könül Cəfərli
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi