"Vətəndaşı cərimələrlə bu qədər yükləmək olmaz"- Deputat etiraz etdi
Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi.
Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. İndiyədək yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat cərimə var idi.
Beləliklə, cərimələr bu istiqamətdə 50 manat artırılır.
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik I oxunuşda qəbul edilib.
Cərimələrin artması ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa azxeber.com-a açıqlama verib.
O bildirib ki, bəzi İnzibati Xətalar var ki, burada cərimələrin artırılması anlayışla qarşılanmalıdır:
"Çünki buna əməl etmək hansısa şəkildə başqalarının həyatına qarşı yönəlmiş təhlükənin qarşısını ala bilər. Yol hərəkəti qaydalarına əməl etməyən sürücülər başqlarının həyatına ziyan vururlar. Ona görə bəzi yerlərdə normal qəbul etmək olar. Ancaq cərimələrin artma tendesiyası müsbət hal deyil. Vətəndaşın cibindən gedən vəsaitdir. Vətəndaşı cərimələrlə bu qədər yükləmək olmaz. Ayrı-ayrı yerlərdə saxlamağa görə cərimə, təsadüfi qanun pozuntusuna görə cərimə vətəndaşın yaşam səviyyəsini aşağı salır. Onsuzda insanların sıxıntları çoxdur. Çətin şərtlərlə yaşayırlar. Üstəlik cərimələrdə insanları bezdirib. Bu qədər cərimələrin artması yaxşı hal deyil".
Nəqliyyat eksperti Fərhad Eyyubov azxeber.com-a bildirib ki, yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq üçün əsasən maariflənmə işləri yerinə yetirilməlidir:
"Əslində, cərimələrin qiymətini qaldırmaqdansa, maarifləndirmənin güclənməsinə ehtiyac var. Ancaq hiss edirəm ki, nə qədər maarifləndirmə işi yerinə yetirilsə də yanaşma birtərəfli olur. Ona görə yol nəqliyyat qəzalarının sayı artır. Görünən odur ki, cəza sistemi bu halların qarşısını almaq üçün ən münasib sistemdir. Təəssüf ki, 50-60% insan cəzaya görə müəyyən qədər qanunlara əməl edirlər. Ona görə indidən proqnoz vermək çox çətindir. Çünki nə qədər yol hərəkəti qaydalarına əməl olunması ilə bağlı təbliğat aparılsa da bəziləri hər şeyi yaddan çıxarılar. Ancaq elə insanlar var ki, onlarla maariflənmə işi aparanda o zaman qanunu pozmurlar. Neçə illərdir ki, qəzaların azalması üçün cərimə sistemindən istifadə olunur. Görünən odur ki, başqa çarə yoxdur. Bu da bir üsuldur. Ancaq fikrimcə, cərimələrin qiymətinin qaldırılması sürət həddini aşmağın qarşısını tamamən almayacaq".
Şəbnəm Zahir
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır