"Veysəloğlu-Distribusiya" ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Veysəloğlu Distribusiya" şirkəti ucqar kəndlərdə yaşayan məktəblilərin təhsil və inkişafına töhfə vermək, eləcə də uzunmüddətli qardaşlıq bağları qurmaq məqsədilə başlatdığı "Xoşbəxtlik Çantası" adlı layihənin üçüncü mərhələsini uğurla həyata keçirib.
Bu dəfə "qardaş məktəb" çərçivəsində Qubanın ucqar dağ kəndləri – Qriz, Qalaxudat və Əlik məktəblərinə səfər təşkil olunub. Layihənin əsas məqsədi həmin kəndlərdə yaşayan şagirdlərə Bilik Günü münasibətilə dəstək göstərmək və onlara unudulmaz anlar yaşatmaq olub. Tədbir çərçivəsində uşaqlara xüsusi hazırlanmış məktəb çantaları, məktəb ləvazimatları, ayaqqabılar, məktəbli formaları və oyun dəstləri təqdim edilib. Şirkətə məxsus markaların sürpriz hədiyyələri isə şagirdlərin üzündə böyük təbəssüm yaradıb.
Qeyd edək ki, layihənin birinci mərhələsi bu ilin 18 aprel tarixində baş tutub. Həmin gün şirkət daxilində təşkil olunan xeyriyyə yarmarkasında əməkdaşların hazırladığı əl işləri satışa çıxarılıb və toplanan vəsaitin məktəblilərə dəstək məqsədilə istifadə olunması nəzərdə tutulub.
Layihənin ikinci mərhələsində isə "Veysəloğlu Distribusiya" şirkətinin əməkdaşları hədiyyələrin təqdim edildiyi Qubanın Qriz, Qalaxudat və Əlik kəndlərinə səfər edərək, uşaqlarla görüşmüş, onların arzularını dinləmişdilər. Bununla da qardaşlıq bağlarının təməli qoyulmuşdu.
"Veysəloğlu Distribusiya" şirkəti bu təşəbbüsü növbəti mərhələlərdə də davam etdirərək, uşaqların təhsilinə və inkişafına dəstək olmağı qarşısına məqsəd qoyub.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 17 sentyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün cəbhədən görüntülər xeber.az 2026 krminal bu gun