"Vəziyyəti dəyişmək üçün yalnız bir imkanımız var Paşinyanın istefası" - Tevanyan
"Ana Ermənistan" müxalifət blokunun lideri Andranik Tevanyan vətəndaşları ümummilli tətillərə çağırıb və İrəvanın Respublika meydanında böyük mitinq elan edib.
KONKRET.azxəbər verir ki, Tevanyan bu barədə sosial şəbəkələrdə canlı yayımda məlumat verib.
Siyasətçi bildirib ki, o, yoldaşları ilə bütün gecəni meydanda keçirib. O, məsələnin tez bir zamanda həllini vacib sayır.
"Qarabağda vəziyyət gərgindir, Ermənistanın taleyi məhz orada həll olunur. Vəziyyəti həll etmək üçün bizim yalnız bir imkanımız var – hakimiyyətin dəyişdirilməsi və Ermənistanın baş naziri Nikol Paşinyanın istefası", – Tevanyan deyib.
Tevanyan siyasi maraq və baxışlardan asılı olmayaraq hər kəsi birliyə çağırıb.
Onun sözlərinə görə, Qarabağ qorunmasa, Sünik, Sevan, ondan sonra İrəvan gələcək.
O, bütün vətəndaşları axşam saat 19:00-da meydana toplaşmağa çağırıb
Bundan əvvəl Tevanyan baş nazir Nikol Paşinyanın istefası uğrunda 24 saat ərzində mübarizə aparmaq üçün Respublika meydanında çadırlar qurmaq niyyətində olduğunu bəyan edib.
Xatırladaq ki, sentyabrın 19-da İrəvanın Respublika meydanında genişmiqyaslı aksiya keçirilib.
Ariz Həsənoğlu,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ