Vəziyyəti pisləşən Əvəz Zeynallı təcili xəstəxanaya yerləşdirildi

Vəziyyəti pisləşən Əvəz Zeynallı təcili xəstəxanaya yerləşdirildiTanınmış jurnalist, "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallının Türkiyədə vəziyyəti pisləşib.
KONKRET.azxəbər verir ki, bu barədə Musavat.com-a jurnalistin xanımı Məlahət Zeynallı deyib.
O bildirib ki, Əvəz Zeynallı ötən gün İstanbulda xəstəxanaya yerləşdirilib:
"Mən hazırda Bakıdayam, qızım və Əvəz bəyin bacısı onu xəstəxanaya yerləşdiriblər. İmmuniteti çox aşağıdır, ona maskasız gəzmək olmaz. Ola bilsin ki, orqanizmində mikrob var. Dünən qəfil halı pisləşib. Həkimlər analizlərin cavabından sonra bir söz deyə biləcəklər. İndi mikrobu bədənində zərərsizləşdirməyə çalışırlar.
Ankarada onkoloji xəstəliyi ilə bağlı müalicə hazırlaşırdı, ancaq vəziyyəti elə pis olub ki, İstanbulda təcili xəstəxanada yatırmalı olublar. Hamımız səbirsizliklə vəziyyətinin düzəlməsini gözləyirik".
Xatırladaq ki, ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Əvəz Zeynallı bu il aprelin 25-də vaxtından əvvəl azadlığa buraxılıb. Jurnalist 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir.

Hadisə       Tarix: 20 may 2025
f Paylaş

Oxşar xəbərlər

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeberler cəbhədən son məlumatlar metbuat xeberleri son xeberler bugun 2026 azerbaycan