Vilyam Hacıyevin məhkəməsinə ekspertin çağırılması ilə bağlı vəsatət qaldırılıb
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
azxeber.com APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda Vilyam Hacıyevin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib.
Vəkil sənədlərin tədqiqi zamanı elan olunmuş yoxlama aktları ilə bağlı məhkəməyə ekspert çağırılmasını istəyib.
Vəkil Elmar Kərimov mənimsəmə kimi göstərilən məbləğin ehtimallar üzərində müəyyən edildiyini deyib: "Heç bir obyektə baxış keçirilməyib, baş mühasibin dediyi rəqəmləri köçürüblər. Ümumiyyətlə, işlə bağlı ekspert İmişlidə olmayıb. Xəstəni yoxlamamış ona xərçəng diaqnozu qoymaq olar?"
Dövlət ittihamçısı vəkilin dediklərini təkzib edərək, vəsatətin təmin olunmamasını tələb edib: "Bütün yoxlamalar düzgün aparılıb, yoxlama aktlarında da hər hansı qeyri-obyektivlik müşahidə olunmur".
Məhkəmə vəsatətə növbəti prosesdə münasibət bildiriləcəyini elan edib.
Növbəti proses iyunun 24-ə təyin olunub.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı