"Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasının qalibi oldu

"Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasının qalibi olduUEFA Avropa Liqasında final oyunu keçirilib.
Publika.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın "Vilyarreal" və İngiltərənin "Mançester Yunayted" komandaları üz-üzə gəlib. Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçirilmiş görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. 29-cu dəqiqədə Jerar Moreno "Vilyarreal"ı irəli çıxarsa da, 55-ci dəqiqədə Edinson Kavani "Mançester Yunayted"in bərabərlik qolunu vurub.
Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib. Bu səbəbdən, fransalı FIFA referisi Kleman Türpen penaltilər seriyası başlatıb. Bu zaman daha dəqiq olan "Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub - 11:10. Komandaların heyətindəki bütün 11 futbolçunun yerinə yetirdiyi ümumilikdə 22 zərbəni yalnız "Mançester Yunayted"in qapıçısı David De Xea dəqiq vura bilməyib.
Bu qələbə sayəsində "Vilyarreal" həm də 2021/2022 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, "Vilyarreal" "Qarabağ"ın yer aldığı I qrupundan lider kimi pley-off adlayıb və tarixində ilk dəfə yüksəldiyi finaldan qalib ayrılmağı bacarıb. Komandanın baş məşqçisi Unay Emeri isə 5-ci finalında 4-cü dəfə titul əldə edib.
İspaniyalı mütəxəssis 2013 - 2016-cı illərdə ölkəsinin "Sevilya", 2018/2019 mövsümündə isə İngiltərənin "Arsenal" komandası ilə finala çıxmağı bacarıb. "Sevilya" ilə ilk 3 finalda qələbə qazanan Emeri London klubunun sükanı arxasında olarkən isə Bakıda baş tutmuş həlledici oyunda digər İngiltərə təmsilçisi "Çelsi"yə məğlub olub. 50 yaşlı mütəxəssis həmçinin 3 fərqli komanda ilə final görən ilk baş məşqçi kimi tarixə düşüb.
"Mançester Yunayted" də indiyədək cəmi bir dəfə - 2016/2017 mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.
UEFA Avropa Liqası
Final
23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1 (PENALTİLƏRLƏ - 11:10)
Qollar: Jerar Moreno, 29 - Edinson Kavani, 55
Penaltilər seriyası
Jerar Moreno (1:0)
Xuan Mata (2:0)
Daniel Raba (2:1)
Aleks Telles (2:2)
Pako Alkaser (3:2)
Brunu Fernandeş (3:3)
Alberto Moreno (4:3)
Markus Reşford (4:4)
Daniel Parexo (5:4)
Edinson Kavani (5:5)
Moy Qomes (6:5)
Fred (6:6)
Raul Albiol (7:6)
Daniel Ceyms (7:7)
Fransis Koklen (8:7)
Lük Şou (8:8)
Mario Qaspar (9:8)
Aksel Tuanzebe (9:9)
Pau Torres (10:9)
Viktor Lindelöf (10:10)
Jeronimo Rulli (11:10)
David De Xea (11:10)
Baş hakim: Kleman Türpen (Fransa)
Polşa, Qdansk stadionu.

İdman       Tarix: 27 may 2021
f Paylaş

Oxşar xəbərlər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az