"Virtual təhsil platforması"nın təqdimatı olub - FOTO

Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti "Virtual təhsil platforması" layihəsini təqdim edib.
azxeber.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində baş tutan tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə informasiya təhlükəsizliyi və İT üzrə mütəxəssislər "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq, mobil təhlükələr, rəqəmsallaşma haqqında iştirakçılara məlumat veriblər.
Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətinin nümayəndəsi Yusif Poladov bildirib ki, hədəf təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi va istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarına yardım etmək, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunmasında İsrail mütəxəssislərinin köməyindən yararlanmaqdır".
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Rahil Ələkbərli qeyd edib ki, indiki gənclər erkən yaşdan kiber dünya ilə tanış olmaq imkanı əldə edir: "Bugünkü maarifləndirmə xarakterli tədbir əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edir".
Tədbirdə iştirak edən gənclərin Azərbaycanda kibercinayətlər, instaqram sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkədə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılıb.
Həmçinin iştirakçılara kompüterlərdən diqqətsiz və məlumatsız istifadə edərkən yarana biləcək problemlər və onlardan qaçmaq üçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etmə üsulları aşılanıb.
Qeyd edək ki, görüşdə 100-dən artıq yaxın gənc iştirak edib.

Sosial       Tarix: 07 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber son xeberler 2026 axsam.az xeberler enson xeberler