Virusdan qorunmaq üçün yeganə yol...

Virusdan qorunmaq üçün yeganə yol...Ölkəmizdə ilk yoluxma halları müşahidə edilən kimi dərhal karantin tədbirləri tətbiq olunmağa başladı və yoluxmaların sayı kifayət qədər azaldı. Karantin tədbirləri hazırda davam edir, sərtləşdirilmiş karantin tədbirləri də tətbiq edildi. Sonra məhdudiyyətlər yumşaldıldı, yumşalmadan sonra yenidən yoluxmaların sayında artım qeydə alındı. Ay yarım əvvəl ölkəmizdə gün ərzində yoluxanların sayı 500-600-ə çatırdı. Yoluxma artırsa, deməli, xəstələrin də sayı çoxalır və buna uyğun olaraq stasionar müalicə müəssisələrinə də ehtiyac çoxalır. Hətta elə vəziyyət yaranır ki, pandemiya xəstəxanaları dolmaq üzrə idi. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah düzgün olaraq karantin rejiminin sərtləşdirilməsi haqqında qərar qəbul etdi və bunun nəticəsində yoluxma halları 100-dən aşağı rəqəmə düşdü. Bu, əlbəttə ki, yaxşı göstəricidir, lakin qətiyyən arxayınçılıq hissi yaratmamalıdır. Bunu mütləq nəzərə almaq lazımdır ki, indi pandemiya dövrüdür, yoluxmalar var, infeksiya mənbələri və yoluxma ocaqları var. Ehtiyatın əldən verilməsi yoluxma sayında yenidən çoxalmaya səbəb olar. Yumşalma tədbirləri avqustun 4-də oldu və bundan sonra daha böyük yumşalma tədbirləri gözlənilir. Bu cür yumşalma tədbirləri insanların sıxlığı və ünsiyyətin çoxalması ilə müşahidə olunur və yenidən çoxalma sayının artması ilə üzləşmək təhlükəsi ola bilər. Bunun baş verməməsi üçün qorunma tədbirlərinə daha ciddi əməl etmək tələb olunur. Qaydalara əməl edilməməsi yoluxma sayının çoxalmasına səbəb ola bilər və bunun nəticəsində yumşaltma sahəsindəki növbəti addımlar təxirə salına bilər. Ona görə də bu sahədə əsas məsuliyyət vətəndaşların üzərinə düşür.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.
Komitə sədri qeyd edib ki, epidemiya və pandemiyalar həmişə olub: "Bəlkə də həyat, yaşayış mövcud olandan onlar var. Yüz il bundan əvvəl ispan qripi mövcud olub, ondan sonra yaranan quş qripi, SARS, MERS və s. kimi pandemiyalar həmişə gözlənilir. Hələ mən daha əvvəllər mövcud olan taun, çiçək və s. epidemiyalarından danışmıram. İnsan yaranandan həmin mikroorqanizmlər xəstəlik yaradır və yayılır. Xəstəliklər epidemiyaya, bəzən hətta pandemiya halını alır. İndi bütün dünyanı daha çox COVID-19 xəstəliyinin törədicisi maraqlandırır və onun mutasiyası ilə əlaqədar son vaxtlar çoxlu diskussiya və müzakirələr gedir. Virusda olan mutasiya onun yoluxduruculuq qabiliyyətini müəyyən qədər artırır. Bu, ilk dəfə İtaliyada aşkar edilib və dövr edən virusların 3 faizə qədəri mutantlardan ibarət olub. Yaxşı ki, mutasiya daha ağır xəstəlik törətmək formasında getmədi və həmin xoşagəlməz halla üzləşmədik. Ola bilsin ki, zaman keçdikcə bu virus dominantlıq edəcək və bu, bir daha onu göstərir ki, daha qəti şəkildə ondan qorunmaq lazımdır. Ona görə də vaksin tapılmayanadək isə qorunma tədbirlərinə ciddi əməl olunmalıdır. Əlbəttə, pandemiya çox uzun illər davam edə bilməz və əvvəl-axır bitərək narahatlığa son qoyulacaq".
Professor hazırkı şəraitdə vətəndaşların infeksiyadan özlərini qoruması barədə danışarkən bunları söyləyib: "İki qorunma tədbiri var: biri maska taxmaq, sosial məsafəni gözləmək və gigiyenik qaydalara, xüsusən əl gigiyenasına əməl etməkdən ibarətdir, digəri isə vaksinasiyadır. Hazırda dünyanın əksər ölkələrində aparıcı şirkətlər vaksin hazırlanması ilə çox ciddi və intensiv şəkildə məşğul olurlar. Lakin o da məlumdur ki, vaksin hazırlanması uzun və mərhələli prosesdir, üstəlik tam təhlükəsiz və COVID-19-dan qoruyan vaksin istehsalı bu yaxınlarda gözlənilmir, biz az da dəqiq desək, ən azı yaxın bir-iki ayda onu gözləməyə dəyməz. Doğrudur, bəzi şirkətlər iki aydan sonra vaksinasiyaya başlayacaqları barədə məlumat yayırlar, lakin bu, inandırıcı deyil və ən yaxşı halda bu, gələn ilin əvvəllərində mümkün ola bilər. Ona görə də indiki halda yeganə qorunma tədbiri maska, məsafə saxlanılması və əl gigiyenası olaraq qalır".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 12 avqust 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 sou biznes cəbhədən xəbərlər valyuta mezenesi