Volodin: "Avropa 21 milyard avro itirəcək"
"Avropa İttifaqı (Aİ) ölkələri Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmaqla özlərini cəzalandırırlar".
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, rusiyalı turistlərin Aİ ölkələrinə girişinə qadağa qoyularsa, Avropa 21 milyard avro itirəcək.
Volodin qeyd edib ki, Avropanın axmaqlığı və cəhaləti üzündən belə məsələlər müzakirə olunur.
"Dünya əhalisinin 80%-i Rusiyaya qarşı sanksiyaları dəstəkləmir. Çox gözəl yerlərimiz var. Ölkəmizdə səyahət və istirahət üçün hər şey edilməlidir", – deyə spiker Telegram kanalında yazıb.
Avropa Səyahət Komissiyası bildirib ki, 2019-cu ildə rusiyalı turistlər Litva, Latviya, Finlandiya, Monteneqro, Estoniya və Kiprdə qalan turistlərin ümumi sayının 10%-ni təşkil edib.
Qeyd edək ki, bir sıra Avropa ölkələri – Latviya, Litva, Polşa, Çexiya, Estoniya ruslara turist vizalarının verilməsini dayandırıb və Avropa İttifaqını bu təşəbbüsü dəstəkləməyə çağırıb. Finlandiya isə sentyabr ayından etibarən qəbul edilən Şengen müraciətlərinin sayını iki dəfə azaldacaq.
Digər tərəfdən, ABŞ, Portuqaliya, Kipr və Yunanıstan belə bir təşəbbüsə qarşı çıxıb.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var