Vüqar Bayramov: "İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır

Vüqar Bayramov: İşğaldan azad olunan ərazilərdə kosmik müşahidələr artırılmalıdır.
azxeber.com xəbər verir ki, bunu bu gün Milli Məclisdə nazirlər və parlament üzvləri üçün tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, 2020-ci ildə münaqişə bitəndən sonra 300 nəfərdən çox dinc şəxs azad edilmiş Azərbaycan ərazilərində minaların qurbanı olub.
V.Bayramov hesab edir ki, azad edilmiş ərazilərin tədqiqi baxımıdan kosmik müşahidələrin aparılması xüsusi əhəmiyyət kəsb edir:
"Bu fakt bir daha kosmik müşahidələrin əhəmiyyətini artırır. Hesab edirəm ki, həmin ərazilərdə kosmik müşahidələr artırılmalıdır".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) sədr müavini Fuad Aslanov çıxışında təmsil etdiyi qurumun fəaliyyətindən xəbər verib.
F.Aslanovun sözlərinə görə, "Azərkosmos"un peykləri vasitəsi ilə təxminən 5 milyon kvadrat kilometrdən çox ərazidə tədqiqatlar aparılıb:
"Biz digər sahələrlə yanaşı, kənd təsərrüfatına da xüsusi diqqət yetiririk. Həmçinin qlobal istiləşmə dövründə baş verən dəyişiklikləri müşahidə edirik. Yerin müşahidə peykləri vasitəsi ilə baş verən prosesləri izləmək imkanımız olur.
"Azərkosmos" olaraq mariflənmə və komsik sahədə təhsilə də üstünlük veririk. Bu məqsədlə ölkədə olan bir sıra təhsil müəssisələri ilə birbaşa işləyirik və bu işimizi davam etdirəcəyik".
"Azərkosmos" rəsmisi Azərbaycanın kosmos habına çevrilməsi üçün şlərin getdiyini də açıqlayıb:
"Azərbaycan regionun enerji, biznes və bir çox sahələrdə habına çevrilib. Ölkəmizin komsos habına çevrilməsi üçün də əlimizdən gələn səyləri əsirgəməyəcəyik".

Sosial       Tarix: 01 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az axsam.az xeberler son xeber az xeberler bu qun