Vüqar Bayramov: "Tarif Şurasının qərarı dərmanların qiymətini optimallaşdıracaq

Vüqar Bayramov: "Tarif (Qiymət) Şurasının dərman vasitələrinin qiymətlərinin yuxarı həddini təsdiq etməsi ilə ölkədə dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi və qiymətlərin optimallaşdırılması nəzərdə tutulur".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
"Bu qərar vətəndaşların dərmanlara əlçatanlığının artırılması baxımından vacibdir, insanların daha ucuz dərman almasına səbəb olacaq, eyni zamanda, əvvəlki dövrlərdə tapılmayan və qıt hesab edilən dərmanların artıq optimal qiymətə apteklərdə satılmasına imkan verəcək", - deyə o qeyd edib.
Deputat vurğulayıb ki, dərman preparatlarının qiymətlərinin tənzimlənməsi, keyfiyyətinin artırılması uzun müddət diqqət mərkəzində olub:
"Dövlət başçısının müvafiq fərmanı ilə "Dərman vasitələri haqqında" Qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu Tarif Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı".
Onun sözlərinə görə, dərman bazarı vətəndaşların ən çox müraciət etdiyi bazarlardan biri olduğu üçün burada qiymətlərin optimallaşdırılması və bəzi məhsullar üzrə ucuzlaşma, eyni zamanda, keyfiyyətin artırılması sosial təminat baxımından önəmlidir:
"Nəticədə vətəndaşların dərman xərcləri azalacaq. Bu isə ümumilikdə ailələrin xərclərini azaldacaq. Ümumilikdə bu qərar sosial xarakter daşıyır, vətəndaşlarımızın sosial təminatına dəstək kimi qiymətləndirilməlidir".

İqtisadiyyat       Tarix: 18 sentyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun xeber.az şou biznes xəbərləri cəbhədən ən son xəbər