Vüqar Həşimov Şahmat Akademiyası rəsmi təsdiqləndi
Dünyanın tanınmış qrossmeysterlərindən biri olan mərhum şahmatçımız Vüqar Həşimovun adını daşıyan Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyasında (FIDE) rəsmi olaraq təsdiqlənib.
Akademiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, FIDE tərəfindən təsdiqlənən ABŞ, Rusiya, Almaniya, Sinqapur, Fransa, Malayziya, Qazaxıstan, Belarusiya kimi ölkələrin şahmat akademiyaları siyahısına Azərbaycandan Vüqar Həşimov Şahmat Akademiyası da qoşulub.
"Ümid edirik ki, FIDE siyahısında dünyanın ən güclü şahmatçıları sırasında yer almış qrossmeyster Vüqar Həşimovun adını daşıyan akademiya da öz bayrağını beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında yüksəkliklərdə layiqincə dalğalandıracaq", - deyə akademiyadan bildirilib.
Turlar.az [newsid: 0-123300]

Paşinyanın Putinə "yox" deməsi Ermənistana nəyin bahasına başa gələcək - SENSASİON DETALLAR
Prezident Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
"Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq ədalətə söykənir" - XİN
İlham Əliyev Mixeil Kavelaşvili ilə təkbətək görüşdü
İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib
Azərbaycan avro ucuzlaşıb, bu valyuta isə BAHALAŞDI
Azərbaycanda məktəbdə şagird BIÇAQLANDI
Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
Qida borusunda yemək qalan qadın öldü
53 yaşlı kişi damdan yıxılıb öldü
Bakıda DƏHŞƏT: Övladını məktəbə apardı, qayıdanda faciəvi şəkildə öldü – FOTOLAR
Fidan Arakçı ilə danışdı
Dünyanın ən təhlükəli liderləri onlardır - ŞOK SİYAHI
İzləyicilərinin qarşısında rəqəmsal maska taxdı: Yayım zamanı əsl siması ortaya çıxdı və
Gəncədə qadın dəm qazından boğularaq ölüb