Vüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTO

Vüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTO"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin icraçı direktoru Vüqar Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində dövlət və özəl sektorda işləyən, eləcə də təhsilini davam etdirən 50-ə qədər azərbaycanlı həkimlə görüşü keçirilib.
azxeber.com xəbər verir ki, görüş TƏBİB-in, Azərbaycanın Almaniyadakı Səfirliyinin, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD), Alman-Azərbaycanlı Tibb İşçiləri Birliyinin (DAMV), Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzinin dəstəyi ilə baş tutub. 
Görüşdə Almaniyada çalışan həkimlərin Azərbaycan səhiyyəsinin transformasiyasına cəlb edilməsi yolları mövzusunda fikir mübadiləsi aparılıb. 
"Beyin ixracından beyin idxalına", "Gələcəyin yol xəritəsi" mövzularında təqdimatlar keçirilib, azərbaycanlı həkimlərin Almaniyada həyata keçirdiyi işlər və layihələr barədə, eləcə də ölkəmizdə reallaşdırdıqları tibbi aksiyalar, konsiliumlar, 44 günlük Vətən müharibəsinin iştirakçılarına və şəhid ailələrinin üzvlərinə göstərdikləri müxtəlif tibbi dəstəklər barədə ətraflı məlumat verilib. 
Görüşdə çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov xarici ölkələrdə təhsil alan və çalışan tibb işçilərinə Azərbaycan dövləti və səhiyyə sistemi tərəfindən hər zaman dəstək göstərildiyini, bu dəstəyin gələcəkdə də səylə davam etdiriləcəyini qeyd edib. O, təcrübəli mütəxəssisləri ölkəmizdə tibb sahəsində həyata keçirilən layihələrdə, tibbi aksiyalarda fəal iştiraka, təcrübələrini yerli həmkarları ilə bölüşməyə, beynəlxalq standartlara uyğun təlimlərin təşkilinə çağırıb.
İcraçı direktor xaricdə yaşayan tibb işçilərinin müəllifi olduğu layihələrə və təşəbbüslərə TƏBİB-in istənilən dəstəyə hazır olduğunu vurğulayıb. 
Bundan başqa, V.Qurbanov Azərbaycanda fəaliyyət göstərmək istəyən tibb işçilərinə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində lazımi şəraitin yaradılacağını bildirib.
Almaniyada çalışan həkimlərimiz öz növbəsində görüşün əhəmiyyətini qeyd edib, fəaliyyətləri, Azərbaycan-Almaniya səhiyyə sisteminin oxşar və fərqli cəhətləri barədə məlumat veriblər.
Tədbirdə  uzman otorinolarinqoloq Cavid Hüseynzadə "Şəbəkələşmə" mövzusunda, eyni zamanda, "Facharzt" onlayn platforması barədə, Heydelberq Universitetində elmi-tədqiqatlar üzrə çalışan Jalə Ağayeva "Kliniki proseslərin təhlili yolları Azərbaycan elminə açılan imkanlar", Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının cərrahı Vüqar Yaqublu "Klinikada interdissiplinarlıq",  damar cərrahı Sürəddin İsmayılov "Alman-Azərbaycanlı Tibb İşçiləri Birliyi ilə əməkdaşlıq", uroloq Hikmət İsmayılov "Rezidentlər üçün mentorluq", nüvə təbabəti mütəxəssisi Elşən Qarayev "Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi ilə əməkdaşlıq" mövzusunda təqdimatlarla çıxış ediblər.
Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının rəhbəri, professor Xeristof Reissfeıderə Azərbaycan ilə Almaniya arasında səhiyyə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinə verdiyi dəstəyə görə plaket təqdim olunub.
Sonda Vüqar Qurbanov görüş iştirakçılarının suallarını cavablandırıb, onların təkliflərini dinləyib.
Vüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTOVüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTOVüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTOVüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTOVüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTOVüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTOVüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTOVüqar Qurbanov Almaniyada azərbaycanlı həkimlərlə görüşdü - FOTO

Sosial       Tarix: 05 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler cəbhədən şad xəbər valyuta mezennesi 2026 sosial yardim