Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq müxtəlif istiqamətlərdə uğurla davam etdirilir. Bu format çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşünün Gürcüstanda keçirilməsi nəzərdə tutulur.
azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan və Gürcüstanın iştirakı ilə müxtəlif çoxtərəfli formatlarda regional və daha geniş coğrafiyanı əhatə edən məsələlər müzakirə olunur. O, bu formatlar arasında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
C.Bayramov qeyd edib ki, üç ölkənin xarici işlər nazirlərinin görüşləri hər il mütəmadi olaraq keçirilir. Bu istiqamətdə son görüş Türkiyənin İstanbul şəhərində baş tutub, növbəti görüşün isə Gürcüstanda təşkili planlaşdırılır.
Onun sözlərinə görə, üçtərəfli əməkdaşlıq parlamentlərarası əlaqələr, təhlükəsizlik və iqtisadiyyat da daxil olmaqla, müxtəlif sahələri əhatə edir və bu formatlar uğurla fəaliyyət göstərir.
Aynur Babazadə

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…