WhatsApp' milyonlarla smartfonda işini dayandıracaq - Bu tarixdən
"WhatsApp" tərtibatçıları mesencerin 24 oktyabr 2023-cü il tarixindən etibarən milyonlarla smartfonda işini dayandıracağını bildiriblər.
Bu barədə "gazeta.ru"ya istinadən xəbər verir.
Məlumata görə, proqramı dəstəkləmək üçün "Android 5.0" və ya daha yüksək versiya ilə işləyən smartfon lazımdır.
Cihazları bu tələblərə cavab verməyən istifadəçilər "WhatsApp"dan istifadəni davam etdirmək üçün ya smartfonunun əməliyyat sistemini yeniləməli, ya da yeni qadcet almalıdırlar. Əks halda, onlar mesaj göndərə və qəbul edə, səsli və video zənglər edə, digər "WhatsApp" xidmətlərindən istifadə edə bilməyəcəklər.
Həmin vaxta qədər əməliyyat sisteminin 4.1 və daha yüksək versiyalı "Android" əməliyyat sistemi ilə işləyən smartfon sahibləri "WhatsApp"dan istifadə edə bilərlər. Beləliklə, "Android"in bir neçə nəsli, o cümlədən 4.1, 4.2, 4.3 və 4.4 proqrama girişi itirəcək. Qeyd edək ki, onların ümumi sayı bir milyon istifadəçini keçir. Bu cihazlar arasında "Samsung Galaxy Note 2", "Samsung Galaxy S2", "HTC One" və digərləri var.
"iPhone" sahibləri üçün şərtlər eyni olaraq qalır - "WhatsApp"dan istifadə etmək üçün onlara hələ də "iOS 12" və ya daha yeni versiya ilə işləyən smartfon lazımdır. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"