"Wikipedia"da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib - FOTO
"Azercell"in dəstək olduğu "WikiTeam for ICT" layihəsi çərçivəsində "Wikipedia"ya İKT ilə bağlı Azərbaycan dilində 600-dən çox məqalə daxil edilib.
"Azercell Telekom" MMC, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə həyata keçirdiyi "WikiTeam for ICT" layihəsi yekunlaşıb. 5 ay davam edən layihə çərçivəsində platformada Azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib.
Layihənin ilkin mərhələsində Azərbaycanda İKT üzrə şirkətlərin siyahısı hazırlanıb, daha sonra onların dəqiq fəaliyyət növü müəyyən edilərək, haqlarında dolğun məlumatlar bölgülər üzrə "Wikipedia" platformasında yerləşdirilib. Bu istiqamətdə "Wikipedia"da 4 dildə - Azərbaycan, türk, rus və ingilis dillərində kateqoriya və siyahılar yaradılıb.
"WikiTeam for ICT" in əsas məqsədi "Wikipedia" platformasında İKT-yönümlü dövlət və özəl sektor iştirakçılarını bir araya gətirən ekosistemin qurulması idi. Layihə investor və şirkətlərin Azərbaycanın İKT ekosisteminə rahat çıxışının təmin olunması üçün mövcud sahədə faydalı kontentin yaradılması, internet resurslarında, xüsusən də "Wikipedia"da məqalələrin kateqoriyalar üzrə siyahılandırılmasında dəstəkçi rolunda çıxış edirdi. Bu tip layihələr axtarış və süni intellekt sistemlərində Azərbaycanın İKT ekosisteminin əlçatanlığının təmin olunmasında mühüm rol oynayır.


/ azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır