Xaçmazda meşə qətliamı - İzi itirmək istəyiblər
Xaçmaz rayonu ərazisində təbiətə ciddi zərər vurulub, ağaclar qanunsuz məhv edilərək ərazidən daşınıb.
KONKRET.az xəbər verir ki, Nərəcan kəndi ərazisində 12 ədəd qovaq ağacı ilə yanaşı, bir neçə digər növ ağac da kəsilib.
İddialara əsasən, hadisə bir gün əvvəl baş verib. Meşə fonduna aid olduğu deyilən təxminən 40 sot sahədə ağaclar kütləvi şəkildə məhv edilib. Kəsilmiş materiallar yük avtomobilləri ilə daşınıb. Həmin yükün gizlədilməsi məqsədilə nəqliyyat vasitəsinin üzəri parça ilə örtülüb. Daha sonra isə ərazidə traktor vasitəsilə hamarlama işlərinin aparıldığı bildirilir.
Sakinlər bu cür miqyaslı kəsimin Ekologiya və təbii sərvətlər regional idarəsinin nəzarətindən kənarda həyata keçirilməsinin mümkün olmadığını qeyd edərək, məsələnin hərtərəfli araşdırılmasını və təbiətə ziyan vuran şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Qeyd edək ki, meşə sahələrinin qanunsuz məhv edilməsi ekosistemin tarazlığına ciddi təhlükə yaradır, torpaq eroziyasını sürətləndirir və biomüxtəlifliyə geri dönməz zərər vurur./shimal.news
Xidmetler [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub