Xalası 14 yaşlı yeniyetməyə ağır işgəncələr verib
Bakıda valideynlərini itirən uşağın qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı barədə iddialar var.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.az-a Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, 14 yaşlı oğlan xalası tərəfindən ağır işgəncələrə məruz qalıb:
"Oğlan atasını və anasını itirib. Xalası onu saxlayırmış. Qəyyumdur, ya yox – bilmirik. Elə uşağa da işgəncəni o verib. Hazırda polis əməkdaşları işi nəzarətə götürüblər. Uşaq bizdə deyil, polis əməkdaşları onun götürülməsi üçün işə başlayıblar. 14 yaşında olduğu üçün bizim sığınacağa yerləşdirilməyəcək".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirilib ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb:
"Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə bağlı digər məlumatlar araşdırmanın gedişatında bəlli olacaq".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq