Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür

Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdürBu gün Xalq artisti Xəyyam Mirzəzadənin doğum günüdür. Onun anadan olmasından 89 il ötür.
Xəyyam Mirzəzadə 1935-ci ilin bu günü, yəni oktyabrın 5-də Bakıda doğulub.
1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Elə həmin ildən etibarən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında işləməyə başlayıb.
Eyni zamanda 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Xəyyam Mirzəzadənin yaradıcılığı instrumental və vokal musiqini, simfonik və kamera janrlarını əhatə edir.
Dramatik tamaşalara və kinofilmlərə musiqilər bəstələyib.
Bir çox kamera əsərlərinin və sonataların müəllifidir. Bəstəkar "Ağlar və qaralar" baletini 2000-ci ildə ərsəyə gətirib.
Xalq artisti 1963-cü ildə "Oçerklər-63" simfonik poemasını, 1967-ci ildə isə "Muğan çöllərində" süitasını yazıb.
Xəyyam Mirzəzadə 2000-ci ildə "Şöhrət" ordeni, 2010-cu ildə isə "Şərəf" ordeni ilə təltif edilib.
Xalq artisti 2018-ci ilin iyulun 30-da uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib. Əməkdar incəsənət xadimi ilə Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilib.
Bəstəkar Bakıda İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. / azxeber.com

Sosial       Tarix: 05 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasını

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

Nərimanovda evdən 70 min manatlıq qızıl oğurlandı

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb. xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarını

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında

İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər. Səfər çərçivəsind

Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Deputat Vüqar Bayramov bildirib ki, bu məsələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca

"WhatsApp" ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi

"WhatsApp" yeni ödənişli abunə xidməti – "WhatsApp Plus"ı istifadəyə verib. xəbər verir ki, yeni paket istifadəçilərə tətbiqi daha geniş şəkildə fərdiləşdirmək imkanı yaradır. . "WhatsApp Plus"

Azərbaycanda Məhərrəm ayı başlayıb

İyunun 16-dan Azərbaycanda Məhərrəm ayı başlayıb. xəbər verir ki, İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ay


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər meherremlik 2026 valyuta mezennesi banklar bugun xeberler