Xalqa müraciət edən Makrondan XƏBƏRDARLIQ: "Fransa buna hazır olmalıdır"
Fransa prezidenti Emmanuel Makron xalqa müraciət edərək, nüvə təhlükəsinin qarşısının alınması, müdafiə xərcləri və bütövlükdə dünya nizamında dəyişikliklər məsələlərinə toxunub.
KONKRET.az xəbər verir ki, o, gələn həftə Parisdə bütün Avropa ordu komandirlərinin toplantısını keçirməyi planlaşdırdığını bildirib.
Makronun sözlərinə görə, Fransa ABŞ-ın artıq onun tərəfində dayanmayacağına hazır olmalıdır.
"Nüvə təhlükəsinin qarşısının alınması vacibdir. Fransa 1964-cü ildən bəri nüvə təhlükəsinin qarşısının alınmasını dəstəkləyir. Bu çəkindirmə bütün avropalı müttəfiqlərimizə şamil edilməlidir", – Fransa prezidenti bildirib.
O, həmçinin regionu "yenidən sənayeləşdirmək" üçün Avropanın müdafiə xərclərini artırmağa çağırıb.
"Avropa özünü daha yaxşı müdafiə etməyi bacarmalıdır. Biz özümüzü daha çox silahlandırmalıyıq. Çünki dünya yeni dövrə qədəm qoyur. Tarixi hadisələr dünya düzənini sarsıdır, çünki ABŞ-ın Ukraynaya dəstəyi şübhə doğurur. Hətta ABŞ müttəfiqlərinə tariflər tətbiq etməyə çalışır", – Makron vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası