Xamenei Hacıyevin açıqlamalarını təsdiqlədi: Əgər onlar sərhədə yaxınlaşsalar...
Terroristlər İran sərhədlərinə yaxınlaşsalar, qəti tədbirlər görəcəyik.
Publika.az xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Əli Xamenei bildirib.
İran lideri etibarlı mənbələrin terrorçuların Qarabağdakı döyüşlərdə iştirakını təsdiqlədiyini söyləyib: "Bəziləri bunu inkar etsə də, etibarlı mənbələrə görə, başqa yerlərdən bir sıra terrorçular Qarabağ müharibəsində iştirak edirlər. Əgər onlar İran sərhədlərinə yaxınlaşsalar və təhlükə təşkil etsələr, şübhəsiz, qəti tədbirlər görüləcək".
Qeyd edək ki, Xamenei bundan öncəki açıqlamasında "Ermənistan tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları mütləq azad edilməli və Azərbaycana qaytarılmalıdır" demişdi.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ötən gün brifinqdə Ermənistanın Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə başladığını, ordusuna Suriya, Liviya, hətta Kanadadan terrorçu ünsürlər cəlb etdiyini bildirmişdi.
Zümrüd
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür