Xamenei razılaşdı, gizli şəkildə ABŞ-a xəbər verildi
İsrailin "Ynet" xəbər agentliyi İranın ali rəhbəri Müctəba Xameneinin ABŞ-la danışıqlara razılıq verdiyini yazıb.
İddialara görə, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa gizli şəkildə Müctəba Xameneinin danışıqlara razılıq verdiyini bildirib.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, indiki məqamda tərəflər arasında danışıqların baş tutması ehtimalı azdır:
"Müharibə davam edir. İran tərəfi İsrailə ciddi zərbələr vurur. Eyni qaydada ABŞ və İsrail də İrana zərbələr endirir. Belə olan təqdirdə, danışıqların real nəticə verməsi, hələlik çətindir. Müharibə vəziyyəti davam etdiyi müddətdə tərəflərin mövqeləri bir-birinə qarşı çox sərtdir. Hər iki tərəf strateji üstünlüklər qazanmağa çalışır. Bu baxımdan, indiki mərhələdə danışıqlar yalnız prosesin başlandığı mənasına gəlir. Lakin praktik olaraq sülh razılaşmasının əldə olunması üçün hər iki tərəfin atəşkəs və qarşılıqlı güzəştlərə hazır olması vacibdir.
Yaxın gələcəkdə tərəflər arasında hərbi əməliyyatlar davam edəcəyi təqdirdə diplomatik mexanizmlərin effektivliyi məhdud qalacaq. İndiki şəraitdə İranla ABŞ-ın hərbi və strateji maraqları hələ tam uzlaşmayıb. Danışıqlar yalnız prosesin istiqamətini göstərir və gələcəkdə gerçək nəticələr əldə etmək üçün daha stabil şəraitin formalaşmasını gözləmək lazımdır. Tərəflər arasında qarşılıqlı etimadın bərpası və müharibə fəaliyyətlərinin azalması sülh danışıqlarının uğuru üçün əsas şərtdir".

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK