Xankəndi-Bakı ultra marafonu keçiriləcək
İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək.
Gənclər və İdman Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 360 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.
Nazirliyin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış "İdman həftəsi" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilir.
Ultra marafon iştirakçıları Xankəndi – Yevlax (83 kilometr), Yevlax – Ucar (84 kilometr), Ucar – Hacıqabul (88 kilometr), Hacıqabul – Qobustan (70 kilometr) və Qobustan – Bakı (55 kilometr) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
"Qürurla irəli" şüarı ilə keçiriləcək ultra marafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto