Xankəndi-Əsgəran nəzarətə götürüldü - Açıqlama

Xankəndi-Əsgəran nəzarətə götürüldü - Açıqlama1988-ci il fevralın 12-13-dən başlayan hadisələr Azərbaycana qarşı ermənilərin Qarabağda qiyam qaldırması, itaətsizlik göstərməsi "miatsum" şüarı, Ermənistana birləşmə şüarı ilə nəticələndi. Bu proses sonrakı dövr də davam etdi. Təbii ki, SSRİ dövrü olduğu üçün hər şey Moskvadan idarə olunurdu. Meydana çıxanlar, söz deyənlər, proseslərə rəhbərlik edənlər də Moskvanın agentura şəbəkəsinin üzvləri idi. Sərkisyan-Köçəryan həmin dövr gənc nəsl separatçılar sırasında yer almışdı. Bunlardan qabaq Atayan, Dadamyan, Poqosyan, Manuşarov, Davityan, Gevorkovun rəhbərliyi ilə başlanan separatizm çağırışları daha sonra SSRİ-nin daha gənc agenturasına ötürüldü.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, o vaxt Qarabağda olan separatçılar Ermənistana birləşmək haqqında qondarma bir qərar çıxarmışdılar:
"Ermənistan ali soveti isə həmin vaxt "Dağlıq Qarabağın" Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı. Bunlar sözsüz ki, o vaxt SSRİ-nin, birbaşa Moskvanın razılığı ilə baş verirdi. Əks təqdirdə bunları etmək mümkün deyildi. Nəhayət, 1991-ci il sentyabrın 2-də separatçılar özləri üçün Qarabağda "respublika" elan etdilər. O vaxt separatçılar qanunsuz olaraq burada özlərinə "prezident" seçdilər, "parlament" formalaşdırdılar. İndiyə kimi də bu xuntanın "fəaliyyəti" davam edir".
Deputat hesab edir ki, indi separatçılar üçün artıq sonun başlanğıcıdır:
"Çünki Azərbaycanı xunta rəhbərliyindən Araik Arutunyanın yerinə kimin gələcəyi qətiyyən maraqlandırmır. Azərbaycanın bu gün əsas hədəfi ərazisində qanunsuz olaraq fəaliyyət göstərən separatizmin kökünün birdəfəlik kəsilməsidir. Sözsüz ki, xarici havadarları Ermənistanı və separatçıları ümidləndirir. Amma onlar unudur ki, Qarabağ Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daxilindədir. Xankəndi ölkəmizin şəhərlərindən biridir. Azərbaycan heç kimdən razılıq almadan separatizmin kökünü kəsmək, ərazini Ermənistana məxsus qanunsuz silahlı birləşmələrdən təmizləmək ixtiyarına sahibdir. Qısa zamanda antiterror əməliyyatları ilə buna son qoyulacaq. Başqa seçim qalmayıb".
Elman Məmmədova görə, Azərbaycan II Qarabağ müharibəsindən sonra bölgədəki strateji yüksəkliklərə nəzarət edir:
"Vaxtilə Ağdərədən Şərq istiqamətində Kəlbəcər-Basarkeçər yolu ilə ermənilərə kömək gəlirdi. İndi həmin ərazilər Azərbaycanın nəzarətindədir. Fərrux və Kətik dağı yüksəkliyi, Şuşa istiqamətindən isə Xankəndi-Əsgəran nəzarətdə saxlanılıb. Azərbaycan Ordusu burada olan bütün prosesləri müşahidə edir. Ona görə də, Ermənistan və onun dəstəklədiyi separatçı rejim sonun necə bitəcəyini düşünməlidir".//Teleqraf

Siyasi       Tarix: 10 sentyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan ən son xəbərlər kriminal bugun maliyye xeberler bugun