Xankəndi-Laçın yolunda aksiya iştirakçıları vətənpərvərlik ruhunda mahnılar ifa edirlər - FOTO
Xankəndi-Laçın yolunda aksiya iştirakçıları vətənpərvərlik ruhunda mahnılar ifa edirlər.
"Report"un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, etiraz aksiyasının iştirakçıları olan gənclər tar, kamança, skripka, qarmon və gitara ilə vətənpərvərlik ruhunda musiqilər, həmçinin "Qarabağ" təsnifi, "Sarı gəlin" və digər mahnılar səsləndirirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.







/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var