Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan erməni silahlı dəstələrinin növbəti dəfə istifadə etməsi qeydə alınıb

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan erməni silahlı dəstələrinin növbəti dəfə istifadə etməsi qeydə alınıbMartın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Bu barədə azxeber.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib. Ermənistanın təkzibinə və riyakarlığına baxmayaraq, texniki müşahidə vasitələri ilə yolun hərbi daşımalar üçün istifadə edildiyi bir daha təsbit olunub.
Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.
Bir daha bəyan edirik ki, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, mina, təminat və digər hərbi vasitələrin çatdırılması, eləcə də bu yolla döyüş mövqelərinə şəxsi heyətin daşınması və rotasiyası Azərbaycanın suverenliyinin, üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması və Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davam etdirilməsidir. Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaq.
Baş verən hadisələr Laçın yolu üzərində Azərbaycanın nəzarət rejiminin yaradılmasının zəruriliyini və labüdlüyünü bir daha təsdiq edir.

Siyasi       Tarix: 08 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun azerbaycanda son xeberler sonxeber.az idman xeberleri