Xankəndidə dəhşətli partlayışı ermənilər buna görə törətdi - DETALLAR
Ermənistan mediası sentyabrın 25-də Xankəndidəki benzin anbarında baş verən partlayışla bağlı yeni təfərrüatlar yayıb.
KONKRET.azPublika.az-a istinadən xəbər verir ki, yüzlərlə erməninin ölümünə səbəb olan partlayışla bağlı indiyə qədər müxtəlif versiyalar irəli sürülsə də, hadisənin dəqiq səbəbi açıqlanmır.
Ermənilər arasında Azərbaycanı ittiham edənlər də vardı, hərçənd, heç bir əsas tapa bilmədilər. Versiyalardan biri də separatçıların "rəhbərləri"nin helikopter, yaxud təcili tibbi yardım maşınlarında "yanğından zərərçəkmiş" şəxs kimi qaçması üçün bunu törədə biləcəyinə dair idi. Lakin separatçıların son "rəhbərliyinin" Ermənistana keçə bilməsi, azərbaycanlılara qarşı qətliamlar törətmiş əvvəlki "rəhbərlərinin" isə qandalanaraq, Bakıya gətirilməsi bu versiyanı zəiflədir.
"Haykakan Jamanak" qəzeti partlayışla bağlı yeni detallar əldə etdiyini iddia edib.
Qəzet keçmiş separatçı rejimdə təmsil olunmuş şəxslərdən birinə istinadən yazır ki, benzin çənini erməni sakinlər partladıb.
"Orada mövcud olan yanacaq "ordunun" (qondarma silahlı dəstələr-red) ehtiyatı idi. Lakin hər kəs çıxmağa başlayanda əhali arasında təşviş yarandı və insanlar yanacaq götürmək üçün anbara axışdılar. Proses nəzarətdən çıxmışdı, qarışıqlıq yaranmışdı. Hamı qabağa düşmək istəyir, tez benzin götürüb getməyə çalışırdı. Həmin vaxt sakinlərdən biri benzin çəninin başqa bir yerində qazma ilə (drel) deşik açmaq istəyib, nəticədə partlayış baş verib", – hadisə haqda məlumatlı mənbə bildirib.

"Sabah" "Zirə"ni darmadağın etdi
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Ağdamda traktor minaya düşdü
"Ermənistanın gələcəyi məni maraqlandırmır" – Putinin Paşinyana mesajı belə olub?
Xaçaturyanın 44 günlük müharibə ilə bağlı açıqlaması düzəldildi – "Səhv edilib"
Ağdamda traktor minaya düşüb