Xankəndidə üçrəngli bayrağımızın dalğalanması an məsələsidir' - Deputat
"Konstitusiyanın 28-ci maddəsində təsbit olunan azadlıq hüququnun ən vacib meyarlarından biri qanunu şəkildə ölkədə olan şəxslərin sərbəst hərəkəti ilə bağlıdır. Analoji hüquqi mövqe eyni zamanda bütün beynəlxalq aktlarda təsbit olunub və bu mənada sülhməramlıların vətəndaşlarımızın Azərbaycanın suveren əraziləri daxilində hərəkətinə maneə törətməsi həm dövlətdaxili, həm də beynəlxalq hüquqa ziddir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O, qeyd edib ki, daha geniş çərçivədə yanaşsaq, sülhməramlıların davranışı çox təhlükəli tendensiyalardan xəbər verir:
"İlk növbədə, sülhməramlılar separatçıları açıq formada müdafiə etməklə, tərəfsiz sülh missiyası olmadığını, Xankəndindəki mütəşəkkil cinayətkar-terrorçu qruplaşmaya himayədarlıq etdiyini göstərdi.
İkincisi, sülhməramlılar separatçıları yalnız müdafiə etmir, həm də Azərbaycanın sərvətlərinin talanmasına ən azından göz yummaqla bu cinayətə ortaq olurlar. Üstəlik, vətəndaş cəmiyyətinin nümayəndələri və media mənsublarını talanan ərazilərimizə buraxmamaqla prosesdə sülhməramlıların özlərinin maraqlı tərəf olduğu qənaətini formalaşdırır".
Deputat qeyd edib ki, Xankəndində yurisdiksiyamızın bərpası, üçrəngli bayrağın dalğalanması an məsələsidir:
"Bütün bunlar təbii ki, ekosidin, habelə sərvətlərimizin cinayətkarcasına talanmasının davam etməsinə şərait yaradır, Azərbaycan və Ermənistan arasında ziddiyyəti daha da dərinləşdirərək sülh perspektivinə zərbə vurur. Açıq desək, bu gün sülhməramlılar bölgədə sülh prosesinin, vətəndaş cəmiyyətləri arasında birbaşa dialoqun qarşısında əsas maneəyə çevrilib. Xankəndi və ətraf ərazilərdə yaşayan erməni vətəndaşlarımız bunu nə qədər tez başa düşsələr bir o qədər yaxşı olar. Çünki, yaxın tarix, 44 günlük savaş, Fərrux və Qisas əməliyyatlarının timsalında hər kəs gördü ki, Azərbaycanın qarşısında nə sülhməramlılar, nə də digər hər hansı üçüncü tərəf dayana bilmədi və bundan sonra da separatçıları da, Ermənistanı da Azərbaycanın dəmir yumruğundan kimsə xilas edə bilməyəcək. Yəni bu mənada Xankəndində yurisdiksiyamızın bərpası, üçrəngli bayrağın dalğalanması an məsələsidir".
Aydın Nuri
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO