Xankəndidə yaradılan Qarabağ Universiteti dünya universitetləri sırasında olacaq

Xankəndidə yaradılan Qarabağ Universiteti dünya universitetləri sırasında olacaqXəbər verdiyimiz kimi, Xankəndidə Qarabağ Universiteti yaradılacaq.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Elm və Təhsil naziri Emin Əmrullayev də Xankəndidə yaradılacaq universitetlə bağlı məsələyə toxunaraq növbəti ildən tələbələri həmin təhsil ocağında görmək istədiyini vurğulayıb.
Bəs Prezidentin Sərəncamı ilə yaradılan Xankəndi Universitetindən gözləntilər nədir?
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev universitetin önəmindən danışıb: 
Xankəndidə yaradılan Qarabağ Universiteti dünya universitetləri sırasında olacaq"Dünənki Sərəncam ilə Qarabağ Universiteti yaradıldı. Bu universitet tam müstəqil, publik hüquqi şəxs statusu daşıyır. Bu o deməkdir ki, heç bir filial funksiyasını yerinə yetirməyəcək. İlk vaxtlar Xankəndidə universitet var idi. Bu da Ulu Öndər Heydər Əliyevin 1-ci hakimiyyət dövrünə təsadüf edirdi. Həmin universitet 1969-cu ildə yaradılmışdı. Azərbaycan Pedaqoji Universitetin filialı olaraq fəaliyyət göstərirdi və burada daha çox pedaqoji ixtisaslar tədris olunurdu. Universiteti 1988-ci ilə qədər fəaliyyətini davam etdirdi. Həmin ildən isə ermənilərin işğal siyasəti nəticəsində universitet fəaliyyətini dayandırdı. Xankəndi filialı Şuşa şəhərinə köçürüldü. Yenə də separatçılar müvafiq olaraq universiteti özlərininki kimi qələmə verməyə çalışırdılar. Gördüyünüz kimi, 44 günlük Vətən Müharibəsi, 1 günlük lokal antiterror əməliyyatı nəticəsində, dövlət başçısının ortaya qoyduğu böyük iradə qarşısında Xankəndi şəhəri işğaldan azad edildi. Nəticə etibarilə, artıq orada olan bütün dövlət strukturlarının hər biri Azərbaycan qanunvericiliyinin tabeliyinə keçdi".
Təhsil eksperti qeyd edib ki, yaradılan universitetdən gözləntilər böyük və çoxdur:
"Buradan qaynaqlanaraq Xankəndidə mövcud olan universitet fəaliyyətini bərpa etməliydi. Təbii ki, Qarabağ Universitetində Dövlət İmtahan Mərkəzinin digər ali təhsil müəssisələrində, istər xüsusi, istərsə də mülki ali təhsil müəssisələrində keçirdiyi imtahanlar eyni formatda davam edəcək. Bizim əsas istəyimiz bundan ibarətdir ki, universitet yeni dövrün tələblərinə uyğun ixtisasların tədrisini həyata keçirsin. Əsasən tibbi ixtisaslar, pedaqoji yönümlü ixtisasları da həmçinin tədris olunmalıdır. Eyni zamanda, dünənki Sərəncamda da qeyd olunub ki, infrastrukturun yaxşılaşdırılması, tələbələrin labaratoriya imkanlarının gücləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman kompleksinin, həmçinin kitabxanaların olması - bunların hamısı həmin universitetlərdə olacaq. Çünki Xankəndi bizim üçün çox strateji əhəmiyyətli ərazidir. Gələcəkdə universitetin dünya reytinqinə düşməsi üçün mühüm işlərin görülməsi zəruridir. Düşünürəm ki, ora təyin olunacaq rəhbər şəxs mütləq bu istiqamətdə işlər görməlidir. 
Digər bir gözləntimiz odur ki, ixtisasların sayı çox olsun. Tədris dili Azərbaycan və paralel şəkildə ingiliscə olsun. Başqa dillərdə təhsilin olması məqsədəuyğun deyil. Xarici mütəxəssislərin tədrisə cəlb olunması da ən əhəmiyyətli gözlənti olar. Bir sözlə, gözləntilərimiz çoxdur. 
Növbəti ildən həmin universitetə plan yerləri elan edilib artıq tələbələrin qəbulu həyata keçiriləcək. Dediyimiz gözləntilər reallaşarsa, xaricdən əcnəbilərin universitetə gəlib təhsil alması birbaşa turizmin də inkişafına təkan verə bilər. Bu da regionun sosial-iqtisadi inkişafa böyük töhfə vermiş olar".
Məsələ ilə bağlı azxeber.com-a danışan Milli Məclisinin deputatı Vüqar İskəndərov isə Xankəndidə yaradılan universitetin hər bir azərbaycanlını qürurlandırdığını vurğulayıb:
Xankəndidə yaradılan Qarabağ Universiteti dünya universitetləri sırasında olacaq"Azərbaycan 44 günlük Vətən Müharibəsindəki qələbəsi və 23 saatlıq lokal antiterror tədbirləri ilə öz suveren ərazisində bütün hüquqlarını bərpa etdi. Bununla da Azərbaycan xalqı ən qürurlu xalq olaraq əbədi yaddaşlara həkk olundu. Təbii ki, artıq Qarabağ, Şərqi Zəngəzur ərazisindəki bütün şəhərlərdə, bölgələrdə Azərbaycan Bayrağının dalğalanması, Xankəndidə hərbi paradın keçirilməsi ölkəmizin gücünün, qüdrətinin bariz nümunəsidir. Cənab Prezidentin Sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması bu məsələləri həm də bir mənəvi tərəfdən və orada sırf Azərbaycan şəhəri olan Xankəndidə Qarabağ adlı universitetin təsis edilməsi bir daha azərbaycanlını qürurlandırır. Xankəndidə əlbəttə ki, 70-ci illərdə universitet olub. Həmin universitetdə yüzlərlə tələbə təhsil alıb. Hazırda həmin məzunlar kifayət qədərdir. 
Yenidən Qarabağ Universiteti adı ilə bu təhsil ocağının fəaliyyətə başlaması həm də cənab İlham Əliyevin ölkəmizə verdiyi ən böyük hədiyyədir. Düşünürük ki, bu universitet adına layiq olaraq çox uğurla fəaliyyət göstərəcək. Yüksək innovasiyaların, yeniliklərin tədris olunduğu bir təhsil ocağı olacaq. Bu adla dünya universitetləri sırasına daxil olacaq və bu bizim qürürumuzu, şərəfimizi birə beş artıracaq".
Mikayıl Mirzəzadə 
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni maarif, təshil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.
Xankəndidə yaradılan Qarabağ Universiteti dünya universitetləri sırasında olacaq

Siyasi       Tarix: 29 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun cəbhədən ən son xəbər cəbhədən son xeber krimnal bugun