"Xankəndidəki parad dönməzliyin əlamətidir" - Korotçenko
" class="imgbcode" />Xankəndidə keçirilən hərbi parad Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlamətidir.
KONKRET.az xəbər verir ki, bu barədə "Nasionalnaya oborona" jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko bildirib.
"Rusiyanın ekspertlər icması, on milyonlarla Rusiya vətəndaşı adından Azərbaycan xalqını, Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etmək istəyirəm. Bu, Azərbaycanın tarixində möhtəşəm bir hadisə və Azərbaycan xalqının arzularının yerinə yetirilməsidir. Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Azərbaycan güclü, effektiv, gələcəyə baxan müasir dövlətdir", – Korotçenko bildirib.
Ekspert vurğulayıb ki, İkinci Qarabağ müharibəsində və sentyabrın 19-20-də Qarabağdakı antiterror tədbirləri zamanı Azərbaycan Ordusu öz effektivliyini nümayiş etdirib. O əlavə edib:
"Azərbaycan Prezidenti, Ali Baş Komandan strateji uzaqgörənliyin zəfərini bir daha nümayiş etdirdi. Xankəndində keçirilən hərbi parad ötən vaxt ərzində baş verən dəyişikliklərin sarsılmaz olmasının təzahürüdür. Bu hərbi parad Azərbaycanın suverenliyinin dönməzliyinin əlamətidir. Ölkənin suverenliyinə qəsd etmək fikrinə düşən hər hansı təcavüzkar darmadağın ediləcək".
Ekspert qeyd edib ki, bu gün Azərbaycanın həm də nüfuzlu rəqibləri var.
"Biz onların səsini, yalanlarını, böhtanlarını eşidirik, amma Qələbə və Azərbaycanın səmərəli dövlət quruculuğu modeli ilə müqayisədə onlar, sadəcə kölgədə qalır və yox olurlar. Əminəm ki, görkəmli siyasətçi İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan yalnız uğurlara və gələcəyə doğru irəliləyişə layiqdir", – deyə İ.Korotçenko vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ