Xankəndidəki partlayış necə baş verib - Şahramanyan sirləri açdı
Qarabağda artıq ləğv edilən qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan Xankəndi yaxınlığında yerləşən yanacaqdoldurma anbarındakı partlayışla bağlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, partlayış ilə bağlı bəzi təfərrüatları açıqlayıb.
Onun sözlərinə görə, partlayış "Müdafiə Ordusu"nun təcili ehtiyat anbarında baş verib. Anbarda olan yanacaq istifadə olunmayıb və döyüş əməliyyatları zamanı istifadə üçün nəzərdə tutulub.
Partlayış əsas təhlükəsizlik qaydalarına əməl edilməməsi, insanların anbardan yanacağı özbaşına çıxarması səbəbindən baş verib.
"Partlayış nəticəsində ölənlərin sayı demək olar ki, hərbi əməliyyatlar zamanı ölənlərin sayı ilə müqayisə olunur. Ölənlərin əksəriyyəti Xankəndi sakinləridir", – Şahramanyan qeyd edib.
Onun sözlərinə görə, hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, partlayış zamanı 170 nəfər ölüb.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi