Xaos qapıda, Tramp qorxu içindədir - ABŞ-ı GÖZLƏYƏN FƏLAKƏT yaxınlaşır
ABŞ üçün xaos qapıdadır.
Publika.az xəbər verir ki, bu sözləri türk hərbi mütəxəssis Abdullah Ağar səsləndirib.
Qaradərili Corc Floydun Minneapolis şəhər polisi tərəfindən zorakılıqla öldürülməsinə etiraz olaraq baş qaldıran aksiyalar barədə danışan mütəxəssis bildirib ki, dövlət iradəsini vətəndaşa göstərmək üçün sərtləşir: "Əgər hüquq-mühafizə orqanları ortaya çıxan qeyri-sabitliyi nəzarət altına ala bilməsə, iş daha çox dərinləşib xaosa çevriləcək. Hazırda bunu demək üçün erkəndir, amma belə bir ehtimal da mümkündür.
Olayı pandemiya prosesi daxilində şərh etməkdə fayda var. ABŞ pandemiyadan son dərəcə dərin şəkildə zərər gördü. ABŞ-da onsuz da sosial narahatlıq var. Zaman içində bu növ aksiyalar baş qaldırır. Bunun içində bir sıra parametrlər var. Bunlardan biri də pandemiyadan Amerika xalqının son dərəcə ağır zərər görmüş olmasıdır. Ölkədə 1% elit, 20% orta təbəqə pandemiyadan zərər görmədi. 80% insan isə böyük çətinliklərlə üz-üzə qaldı. Pandemiyadan ölənlərin əksəriyyətinin qaradərili və latın amerikalı olması ölkədə bərabərsizlik, siyasi gərginlik, etibarsızlıq və qeyri-müəyyənlik problemlərini göz önünə sərdi".
Ağar bildirib ki, ABŞ hökuməti hazırda olduqca gərgindir: "Trampın çıxıb "əgər yağmalama artarsa, silahlar açılacaq" tərzdə açıqlama verməsi ABŞ dövlətinin nə qədər gərgin olduğunu göstərir. Heç bir dövlət vətəndaşını təhdid etməz. Dövlət lazım görsə, silahlı müdaxilə edə bilər, amma vətəndaşını təhdid etməz".
Mütəxəssisin sözlərinə görə, polisin şiddəti vətəndaşın müqavimətini daha da sərtləşdirə bilər.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək