Xaricdə yaşayan təxribatçılar, söyüş blogerləri Azərbaycana gətirilir? - AÇIQLAMA
"Azərbaycanın inkişafını gözü götürməyən təxribatçılar gec-tez ölkəmizə gətirilərək və Azərbaycan ədaləti qarşısında cavab verəcəklər".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
O bildirib ki, sapı özümüzdən olan baltalar təşviş içərisindədir:
"Azərbaycanın artan nüfuzu və qlobal arenada güclənməsi bir çoxlarını kəskin narahat etməyə başlayıb. Bu narahatlıq yalnız hər hansı bir dövlət, xaricdəki qurum və təşkilatlarla məhdudlaşmır, sapı özümüzdən olan baltalar da təşviş içərisindədirlər. Çünki cənab Prezident İlham Əliyevin qlobal liderlər sırasındakı möhkəmlənmiş mövqeyi və nüfuzu Azərbaycanın cəlbedici qüvvəsini daha da artırır. Bu isə həm 2020-ci ildə Vətən müharibəsində qazandığımız qələbədən, həm də 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa olunmasından qaynaqlanır.
Hazırda Azərbaycan nadir ölkələrdəndir ki, öz gücü ilə həm BMT-nin qətnamələrini, həm ilahi ədaləti, həm də milli qanunvericiliyin tələblərini özü icra etdi. Dünyada çoxsaylı münaqişələr mövcud olsa da, Azərbaycan bu münaqişəni həll etməyi bacardı. Bu gün dünyanın ən qürurlu xalqlarından biri kimi tanınırıq".
Deputat bildirib ki, cılız ünsürlərin təxribatları qüdrətli Azərbaycan dövlətinin nüfuzunu sarsıda bilməz:
"Təəssüf ki, bəzi ünsürlər Azərbaycan reallığını həzm edə bilmirlər. Müxtəlif saytlar, media orqanları və "YouTube" kanalları vasitəsilə təxribat xarakterli fikirlər, yalanlar və hədyanlar yayaraq Azərbaycanı gözdən salmağa çalışırlar. Bütün bunlar heç bir nəticə vermir. Belə cılız ünsürlərin fikirləri və təxribatları qüdrətli Azərbaycan dövlətini nüfuzdan sala bilməz. Əksinə, ölkəmizin nüfuzu hər gün daha da artır. Bu şəxslər xaricdə oturaraq qara qüvvələrin xidmətçisi rolunda çıxış edirlər. Onlar Azərbaycan dövləti tərəfindən, Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və digər rəsmi nümayəndələr tərəfindən hər zaman sərrast və tutarlı cavablarını alırlar".
Parlamentari qeyd edib ki, təxribatçılar yaxın vaxtlarda ölkəmizə gətiriləcək:
"Artıq xaricdə yaşayan və təxribat fəaliyyəti ilə məşğul olan bəzi şəxslər barəsində Azərbaycan məhkəmələri qərarlar çıxarıb. Onların bir çoxu qiyabi həbsə məhkum olunub və barələrində hökm oxunub. Şübhəsiz ki, yaxın vaxtlarda bu cinayət xarakterli fəaliyyətlə məşğul olan təxribatçılar və antimilli qüvvələrin nümayəndələri Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər. Dövlətin bu istiqamətdə həm gücü, həm də qəti mövqeyi var. Qiyabi hökmlərin çıxarılması və konkret maddələrin təsbiti onların hüquq qarşısında cavab verməsinin hüquqi əsasını artıq formalaşdırıb".
Şahanə Ziyad
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident onları təltif etdi - Adlar
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq