Xaricdən Azərbaycana müalicəyə gələnlər: Səhiyyəmiz tibbi turizm üçün hazırdırmı? - ARAŞDIRMA + FOTO

Xaricdən Azərbaycana müalicəyə gələnlər: Səhiyyəmiz tibbi turizm üçün hazırdırmı? - ARAŞDIRMA + FOTOXaricdən Azərbaycana müalicəyə gələnlər: Səhiyyəmiz tibbi turizm üçün hazırdırmı? - ARAŞDIRMA + FOTO
Dövlət Turizm Agentliyi Azərbaycanda tibbi turizmin inkişaf istiqamətlərinin araşdırıldığını elan edib. Agentlik sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, Azərbaycanın tibbi turizm məhsulları yaradaraq beynəlxalq bazarlara çıxarmaq imkanı, bu sahədə potensialı böyükdür.
Qeyd etmək yerinə düşər ki, tibbi turizm ilk baxışdan anladığımız sağlamlıq turizmindən bir qədər fərqli məqamdır. Belə ki, sağlamlıq turizminin inkişafından bəhs ediləndə ölkədəki müalicə, şəfa və istirahət mərkəzlərinə, sanatoriyalara turistlərin cəlb edilməsindən söhbət gedirsə, tibbi turizm xəstəxanalarda göstərilən xidmətlərin əcnəbilərə təqdim edilməsidir. Qısacası, tibbi turizm sağlamlıq turizminin alt seqmentlərindən biridir.
Kənan Quluzadə mətbuata açıqlamasında fikirlərinin davamı olaraq vurğulayıb ki, müalicə, tibbi prosedurlar, əməliyyatlar məqsədilə gələn turistlərə plastik cərrahiyə, oftalmologiya, stomatologiya və digər sahələr üzrə turizm məhsulları təklif etmək olar. Yaxın Şərq, Hindistan, Pakistan və Mərkəzi Asiya ölkələrindən bu məqsədlə müştərilər cəlb etmək mümkündür.
Tibbi turizmin inkişafı haqqında Oxu.Az-a danışan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd edib ki, bu sahənin inkişafı ilə bağlı təşviq proqramlarının hazırlanması, marketinq siyasətinin sistemli həyata keçirilməsi üçün təkliflər verilib. Azərbaycan Turizm Bürosu bu istiqamətdə əsaslı işlər görür:
Xaricdən Azərbaycana müalicəyə gələnlər: Səhiyyəmiz tibbi turizm üçün hazırdırmı? - ARAŞDIRMA + FOTO"Ancaq düşünürük ki, qısa müddətdə tətbiq edilə biləcək tədbirlər planı olmalıdır. Azərbaycan tibbi turizmdən pay ala bilsin deyə, bu sahənin işlənməsi sürətləndirilməlidir. Dünya ölkələrində müxtəlif məhdudiyyətlərin olması Azərbaycan üçün yeni fürsətlər, imkanlar açır. Sahibkarlıq subyektlərinin bu istiqamətdə təşviqi, yeni sağlamlıq-turizm mərkəzlərinin tikilməsinə və kadr məsələlərində önəmli addımlar atılmasına ehtiyac var.
Azərbaycan termal turizm, sanator-kurort müalicəsindən daha çox tibbi turizmdən qazana bilər. Bu prosesdə səhiyyənin inkişafı və xarici ölkələrdə təbliğatı vacibdir. Beləliklə, Azərbaycan sərhədyanı ölkələrdən, eyni zamanda müxtəlif prioritet bazarlardan pay almaq imkanına malik olacaq".
"New Era" turizm şirkətinin rəhbəri, turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov isə düşünür ki, ümumilikdə sağlamlıq turizminin inkişafı üçün Azərbaycanda potensial yüksəkdir. Elə kurort-sanatoriyalar, tibb müəssisələri, istirahət və müalicə məqsədilə müraciət edilən obyektlərın sayı çox, xidmət keyfiyyəti qənaətbəxşdir:
Xaricdən Azərbaycana müalicəyə gələnlər: Səhiyyəmiz tibbi turizm üçün hazırdırmı? - ARAŞDIRMA + FOTO"Hesab edirəm ki, Bakıda və Abşeron yarımadasında palçıq vulkanları, Naftalanda neftdən istifadə etməklə müalicə həyata keçirilən sanatoriya, işğaldan azad edilmiş ərazilərdə istisu və əhəmiyyətli yerlər var. Əslində bunların hamısını turizmə qazandırmaq olar. Sadəcə, sağlamlıq turizmi elə bir sahədir ki, o daha çox infrastrukturla bağlıdır. Məsələn, Abşeronda müalicəvi palçıq vulkanlarının olması kifayət deyil. Burada sanatoriyalar hazırlanmalıdır, ölkəyə gələn turistlər üçün xüsusi xidmətlər təklif edilməlidir ki, turizmin bu növünə maraq artsın.
Turizm təşviq və diqqət tələb edən sahədir. Əgər yaxşı tədbirlər planı tətbiq edilsə, tibb və sağlamlıq turizmi gəlirli sahəyə çevriləcək. Biz əcnəbi turistlərin müalicə və istirahət üçün Azərbaycanı seçməsini istəyiriksə, xəstəxanaların, tibbi laboratoriyaların, səhiyyə infrastrukturunun, kadr hazırlığının yüksəldilməsinə diqqət etməliyik. Hazırda hər kəsə aydındır ki, ölkəmizdə səhiyyənin vəziyyəti tam yüksək səviyyədə deyil. Üstəlik qiymətlər də digər ölkələrə nisbətən bahadır. İlk növbədə bu xidməti mükəmməl səviyyəyə gətirmək, daha sonra xarici bazarlara satmaq daha məqsədəuyğundur. Xəstəxanalara yaxın ərazilərdə istirahət mərkəzlərinin, hotellərin, bölgələrdə müalicəvi əhəmiyyətli yerlərdə sanatoriyaların olması vacibdir. Bu istiqamətdə uğur əldə etmək istəyiriksə, tur şirkətləri də məlumatlı və maraqlı olmalı, müalicə üçün Azərbaycanı seçən əcnəbilərə məhsul təqdim edə bilməlidirlər".  
Aysel Aslan

Turizm       Tarix: 30 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberleri idman xeberleri bugünkü son xəbərlər apa.az xeberler