Xarici işlər naziri venesuelalı həmkarı ilə onlayn formatda görüşdü - FOTO
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə onlayn formatda görüşüb.
KONKRET.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər, ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıblar. Nazirlər, ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə ediblər.
Nazir Ceyhun Bayramov iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, Venesuela və Azərbaycanın QH və BMT daxil olmaqla, çoxtərəfli platformada əməkdaşlığının əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını qeyd edib. Həmçinin münasibətlərin irəlilədilməsi baxımından siyasi məsləhətləşmələr mexanizminin davam etməsinin önəmi səsləndirilib.
Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?