Xarici İşlər nazirindən ETİRAF: "İllərlə orada yaşadıqdan sonra..."
"Qərblilərlə müzakirəyə həvəsli deyiləm".
Publika.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
İran Parlamentinin sessiyasında millət vəkillərinin suallarını cavablandıran nazir bəzi deputatların ABŞ-la müzakirə və nüvə razılaşması ilə bağlı tənqidlərinə cavab verib: "İllərlə Qərbdə yaşadıqdan sonra onlarla müzakirəyə həvəsli deyiləm. Təzyiqlərə hamıdan daha çox tab gətirdim. Müzakirənin çətinliyinə, həqarətlərə və təzyiqlərə 6 qərarı ləğv etdirmək üçün tab gətirdim və bunu bacardıq".
ABŞ-la müzakirə etmək istəmədiklərinə, lakin BMT Təhlükəsizlik Şurasının İran əleyhinə verilmiş 6 qərarının 5 daimi üzvün təsdiqi ilə götürüləcəyinə diqqət çəkən Zərif rəsmi Vaşinqtona etibar etmələri təqdirində 150 səhifəlik razılaşma yazmaq məcburiyyətində qalmayacaqlarını söyləyib.
Zümrüd

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib